Yuxarı

Azərbaycan millisi Danimarkaya uduzdu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan millisi Danimarkaya uduzdu

Azərbaycan futzal millisi bu gün yoldaşlıq oyunu keçirib.

Axar.az xəbər verir ki, yeni ildə ilk matçına çıxan komandamız Bakı İdman Sarayında Danimarka yığmasını qonaq edib. Görüş millimiz üçün yaxşı başlamayıb. 5-ci dəqiqədə rəqib hesabı açıb.

Fasiləyə komandalar bu hesabla yollanıb. İkinci hissəyə komandamız üstün başlayıb. Hesab isə 27-ci dəqiqədə bərabərləşib. Nihad İsmayılov uzaq məsafədən dəqiq oynayıb.

Növbəti qol 32-ci dəqiqədə vurulub. Bu dəfə də qonaqlar fərqlənib və hesabı xeyrinə dəyişib. Rəqib 37-ci dəqiqədə daha bir qol vurub. Sona 14 saniyə qalmış qonaqların qapıçısı boş qapını nişan alıb.

Beləliklə ilk oyunda qələbəni (1:4) Danimarka futzalçıları qazanıb. Bu komandalar arasında növbəti oyun yanvarın 24-də, saat 16:00-da, Bakı İdman Sarayında keçiriləcək.

Tarix
2026.01.22 / 21:32
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla