Yuxarı

AFFA-dan böyük hesabla uduzan komandalarla bağlı yeni qərar

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
AFFA-dan böyük hesabla uduzan komandalarla bağlı yeni qərar

AFFA-nın təşkil etdiyi liqalarda bəzi yeniliklər tətbiq ediləcək.

Axar.az qurumun rəsmi saytına istinadla xəbər verir ki, 2025-2026-cı illər mövsümü başlamazdan öncə müxtəlif tarixlərdə federasiyanın inzibati binasında həm Azərbaycan Premyer Liqasında iştirak edən klubların, həm akademiyaların, həm digər fərdi komandaların, həm də mərkəzləşdirilmiş regionlarda iştirak edən komandaların nümayəndələrinin onlayn iştirakı ilə görüşlər keçirilib.

Həmin görüşlərdə bir sıra məsələlər müzakirə edilib, təkliflər dəyərləndirilib və uyğun olan bəzi yeni qərarlar qəbul edilib. Bildiyiniz kimi, AFFA U-8, AFFA U-9, AFFA U-10, AFFA U-11 və AFFA U-12 liqalarında nəticələr qeydə alınmır, turnir cədvəli tətbiq edilmir. Həmin yaş qruplarının oyunlarında tez-tez böyükhesablı nəticələrlə rastlaşırıq. Oyunçuların futbola olan həvəsinin azalmaması və matç balansının təmin edilməsi məqsədilə AFFA rəhbərliyi bu mövzu ətrafında geniş müzakirələr aparıb və bu nüansı aradan qaldıra biləcək qərar qəbul edib.

Yeni qərara əsasən, hər hansı komanda oyun ərzində 3 top fərqi ilə geridə olarsa, bu zaman əsas heyətə 1 nəfər oyunçusunu əlavə edə bilər. Hesab arasındakı fərq 6 qol olarsa, məğlub durumda olan komanda əsas heyətə daha 1 oyunçu əlavə edə bilər.

Hesab fərqi 4 qola enən zaman meydanda olan əlavə 2 oyunçudan 1-i meydanı tərk etməlidir.

Yekun olaraq, 3 qol fərqi olanda əlavə 1 oyunçu, 6 qol fərqi yaranan zaman əlavə daha bir oyunçu meydana daxil ola bilər.

Qol fərqi 4-ə və 2-yə enərsə, meydana daxil olan oyunçular müvafiq qaydada meydanı tərk etməlidirlər.

Hesab fərqinə görə meydana əlavə olaraq daxil ola biləcək oyunçuların sayı maksimum 2 nəfər olmalıdır.

Bu qaydanı icra etmək məcburi deyil. Hesabda geridə olan komanda oyuna əlavə oyunçu daxil etməyə də bilər və bu, komandanın öz öhdəliyindədir.

Tarix
2026.01.23 / 16:21
Müəllif
Axar.az
Digər xəbərlər

İsveçrə XİN rəhbəri Azərbaycana təşəkkür etdi

Daha bir ölkə Tehrandakı səfirliyini Bakıya köçürdü

Bayramov Pakistan XİN rəhbəri ilə regionu müzakirə etdi

Türkiyənin bu kanalı Azərbaycanı “hədəf” göstərdi

Rusiyanın yardımla yüklü təyyarəsi Lənkərana endi - Video

Bakı və İrəvan arasında sülh prosesi Fransada müzakirə edildi

Qonşu ölkələr ABŞ bazalarını bağlamalıdır... - Xamenei

Xamenei xalqa ilk müraciətini etdi: Qisas alınacaq!

Çalışırıq ki, kimsə gəlib regionda bizə dərs deməsin!

İrana ilk humanitar yardımı Azərbaycan göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla