Yuxarı

“Fənərbağça”nın məşhur futbolçusu “Yuventus”a keçir?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Fənərbağça”nın məşhur futbolçusu “Yuventus”a keçir?

İtaliya nəhəngi “Yuventus” rəsmiləri Türkiyənin “Fənərbağça” klubunun mərakeşli hücumçusu Yusif ən-Nesyri üçün İstanbula gəliblər.

Axar.az xəbər verir ki, bu barədə türkiyəli idman jurnalisti Yağız Sabuncuoğlu məlumat yayıb.

O bildirib ki, tərəflər 21,5 milyon avroluq transfer və 5,8 milyon avroluq icarə haqqı barədə razılığa gəliblər.

Məlumata görə, hücumçuya transfer təklifi bu gün təqdim ediləcək. Əgər mərakeşli futbolçu təklifi qəbul edərsə, son prosedurlar baş tutacaq və Nesyri tibbi müayinələr üçün İtaliyaya gedəcək.

Qeyd edək ki, Nesyri bu il "Fənərbağça" forması ilə 25 oyuna çıxıb, 8 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Tarix
2026.01.24 / 16:46
Müəllif
Samir Soltanov
Digər xəbərlər

20 min manatlıq limit ləğv edildi

Yaponiya onu Azərbaycana səfir göndərdi

Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu

Prezident və xanımı Bakıda sərgidə... - Foto

Bakı bu məsələdə İrəvanla əməkdaşlıq etməyəcək

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Erməni bacılar Bakıya gəldi - Video

Sərkisyan çıxış edərkən neçə müsəlman lideri zalı tərk edib?

MM Anım Günü ilə əlaqədar Bəyanat qəbul etdi

Milli Məclisin iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla