Yuxarı

Pley-off "Qarabağ"a nə qədər qazandırıb?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pley-off "Qarabağ"a nə qədər qazandırıb?

Ötən gün "Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda səfərdə "Liverpul"la qarşılaşıb. Köhlən atlar 0:6 hesabı ilə məğlub olublar.

Axar.az Modern.az-a istinadən xəbər verir ki, məyusedici məğlubiyyətə baxmayaraq, pley-off mərhələsinə yüksələn və 10 xalla 22-ci olan ağdamlılar 1/16 finala adladığı üçün daha 1 milyon avro, təxminən 2 milyon manat qazanıb.

Beləliklə, "köhlənlər"in turnirin əsas mərhələsindəki qazancı 8 milyon avroya (16 milyon manat) çatıb.

Çempionlar Liqasının təsnifat mərhələlərini nəzərə aldıqda "Qarabağ"ın qazancı 19 milyon 620 min avro, yəni 38,38 milyon manatdır. “Qarabağ” liqa mərhələsinə düşdüyünə görə ümumilikdə 23 milyon 700 min avro (47 milyon 735 min manat) qazanmışdı.

Belə ki, UEFA liqa mərhələsində hər qələbə üçün 2,1 milyon avro mükafat ayırır.

“Benfika”nı 3:2, “Kopenhagen”i isə 2:0 hesabı ilə məğlub edən “Qarabağ” bu nəticələr sayəsində əlavə olaraq 4,2 milyon avro (8 milyon 300 min manat) qazanaraq ümumi gəlirini 27 milyon 970 min avroya (55,8 milyon manat) çatdırmışdı.

Bu rəqəmin üzərinə Ağdam təmsilçisinin liqa mərhələsində “Çelsi” ilə heç-heçəsini (700 min avro) və “Ayntraxt” üzərindəki qələbəsini də gəlsək (2,1 milyon avro), klubumuzun liqa çərçivəsində indiyədək qazandığı ümumi məbləğ 30 milyon 770 min avroya, yəni təxminən 61,4 milyon manata yüksəlib.

Tarix
2026.01.29 / 11:05
Müəllif
Axar.az
Digər xəbərlər

Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər Şuşada birgə nahar etdi

Prezidentlər Şuşada Bülbülün ev-muzeyində... - Foto

Maqdalena Qrono Azərbaycana gəlir

ABŞ-da azərbaycanlılarla bağlı konfrans keçiriləcək

Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanışlıq...

Azərbaycan-Türkmənistan əməkdaşlığı... - Depuat

Prezidentlərin Şuşa gəzintisindən - Video

Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə göndərildi

Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla