Yuxarı

Bəhlul Mustafazadənin yeni klubu bəlli oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəhlul Mustafazadənin yeni klubu bəlli oldu

Azərbaycan millisinin və “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadənin yeni klubu müəyyənləşib. 29 yaşlı futbolçunun karyerasını Çində davam etdirəcəyi bəlli idi. Artıq onun əsas müştərisi də dəqiqləşib.

Axar.az Futbolinfo-ya istinadən xəbər verir ki, həmyerlimiz Çin Super Liqasında mübarizə aparan “Şençjen Penq Siti” ilə anlaşmaq üzrədir. Mustafazadənin transferi ilə bağlı bütün detallar müəyyənləşib. “Qarabağ” bu keçiddən müəyyən məbləğdə gəlir əldə edəcək. Futbolçu özü də yaxın günlərdə Çinə yollanaraq münasibətləri rəsmiləşdirəcək.

Qeyd edək ki, 2017-ci ildə yaradılan “Şençjen Penq Siti” ilk ilində Həvəskarlar Liqasından II Liqaya yüksəlib. Orada da iki mövsüm çıxış edən komanda 2020-ci ildə I Liqaya vəsiqə əldə edib. “Şençjen Penq Siti” 2023-cü ildə I Liqanın çempionu kimi Super Liqaya yüksəlib. Komanda 16 komandalı çempionatda 2024-cü ildə 14-cü, 2025-ci ildə isə 12-ci yeri tutub.

Çin millisinin sabiq futbolçusu Çen Taonun baş məşqçilik etdiyi “Şençjen Penq Siti”də əsasən yerli oyunçular çoxluq təşkil edir. Komandada həmçinin 2 braziliyalı və 1 israilli futbolçu da var.

Tarix
2026.01.29 / 21:34
Müəllif
Axar.az
Digər xəbərlər

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

Sultan Qasımovun vəsatəti təmin olunmadı

Zakir Həsənov Haluk Görgünlə görüşdü

Azərbaycan müdafiə sənayesi necə strateji üstünlüyə çevrildi?

Azərbaycanla 500 milyonluq müqavilə imzaladıq - Nazir

Azərbaycan və Türkiyənin zərbə PUA-sı - Foto

Prezident sərgilərdə iştirakı ilə bağlı bağlı video paylaşdı

Prezident və xanımı Bakıda sərgidə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla