Yuxarı

Qurbanov "Nyukasl"ın gücünü dəyərləndirdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurbanov "Nyukasl"ın gücünü dəyərləndirdi

PSJ (Fransa) və "Nyukasl" (İngiltərə) komandalarının gücləri təxminən eynidir.

Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibləri "Nyukasl"ı dəyərləndirərkən deyib.

"Köhlən atlar"ın mətbuat xidmətinə danışan mütəxəssis onları maraqlı mübarizənin gözlədiyini bildirib:

"Püşkün komandamıza və azarkeşlərimizə xeyirli və uğurlu olmasını diləyirəm. Hər mərhələ keçdikdən sonra daha ciddi rəqiblərlə qarşılaşırıq. "Nyukasl" Liqa mərhələsinin son turunda PSJ ilə 1:1 hesabı ilə bərabərə qalıb. Ona görə də demək olar ki, hər iki komandanın gücü təxminən eynidir. Həmişə Premyer Liqa klubuna qarşı oynamaq əlavə güc tələb edir. "Nyukasl" çox ciddi rəqibdir. Çalışacağıq ki, yaxşı oyun göstərək, yaxşı hazırlaşaq. Çünki İngiltərə Premyer Liqası dünyanın ən güclü çempionatıdır. Burada komandalar arasında o qədər də ciddi fərq olmur. Hər komanda bir-birinə qalib gələ bilir. Hər görüşdə 3-4 qol da görmək mümkündür.

Çalışacağıq ki, matça yaxşı hazırlaşaq, rəqibi daha yaxından tanıyaq. Amma "Nyukasl" bu mərhələdəki digər rəqiblərin heç birindən zəif deyil, özünəxas oyun üslubuna malik və çox sürətli oynayan komandadır".

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Nyukasl"la ilk matçını evdə, cavab oyununu isə səfərdə keçirəcək. Pley-off mərhələsinin ilk oyunları 17-18 fevralda, cavab qarşılaşmaları isə 24-25 fevralda keçiriləcək.

Tarix
2026.01.30 / 19:23
Müəllif
Axar.az
Digər xəbərlər

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

Azərbaycan dünyanın ən güclü tank qüvvələri reytinqində...

İlham Əliyev Tokayevi təbrik etdi

Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək - Özər

İsveçin İrandakı səfirliyi Bakıda fəaliyyət göstərir

Gevorkyan Azərbaycan benzinindən danışdı: Təəssüf...

Ankara və Bakını münaqişəyə cəlb etməyə çalışırlar

Qlobal enerji qiymətlərində kəskin artım: Azərbaycana təsiri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla