Yuxarı

“Qarabağ” “Liverpul”un sabiq hücumçusunu alır?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ” “Liverpul”un sabiq hücumçusunu alır?

Məşhur futbolçu Rahim Sterlinqin adı "Qarabağ"la hallanır.

Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionunun nümayəndələri hətta Londonda 31 yaşlı hücumçu ilə danışıq da aparıb.

Keçidin baş tutma ehtimalı 42 faiz olaraq qiymətləndirilir. Söhbət yarım mövsümlük müqavilədən gedir.

Qeyd edək ki, R.Sterlinq peşəkar karyerasına "Liverpul"da (2012-2015) başlayıb. "Qırmızılar" 2015-ci ildə onu 63,7 milyon avroya "Mançester Siti"yə satıb. Futbolçu 2022-ci ildə 56,2 milyon avro qarşılığında "Çelsi"yə keçib. 2024/25 mövsümündə icarə əsasında "Arsenal"da çıxış edib. Yanvarda "Çelsi"dən ayrıldığı üçün hazırda azad agent statusu daşıyır.

Rahim Sterlinq İngiltərə millisində 82 oyun keçirib və 20 qol vurub. O, 2020-ci il Avropa çempionatında gümüş, 2018/19 mövsümündə UEFA Millətlər Liqasında bürünc medal qazanıb.

31 yaşlı forvard 4 dəfə Premyer Liqanın qalibi olub, Federasiya Kubokunu (1 dəfə), Liqa Kubokunu (5) qazanıb, 2020/21 möümündə Çempionlar Liqasının gümüş mükafatına sahib çıxıb.

Tarix
2026.02.06 / 13:48
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla