Yuxarı

Əfsanəvi futbolçunun adı Epşteyn işində...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əfsanəvi futbolçunun adı Epşteyn işində...

Fransa millisinin əfsanəvi futbolçusu Frank Riberi ağır ittihamlarla üz-üzə qalıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, son dönəmlərin ən böyük qalmaqallarından sayılan Ceffri Epşteynin işi üzrə yeni açıqlanan sənədlərdə veteran futbolçunun adı bir neçə dəfə qeyd olunub.

Sənədlərdə yer alan zərərçəkmiş ifadələrinə görə, Riberi bağda bir qadını döyməyə cəhd edib, həmçinin vəkili Silven Kormye ilə birlikdə əyləncə məkanlarında 14 yaşlı qızları axtarıb. İddialarda həmçinin Riberinin fahişəlik şəbəkəsinin üzvü olduğu və vəkilinin kimisə döyərkən bunu futbolçunun göstərişi ilə etdiyini dediyi bildirilir.

Hələlik ulduz futbolçunun bu hadisələrdə iştirak dərəcəsi tam aydın olmasa da, 2010-cu illərin əvvəlində bənzər bir qalmaqalla (yetkinlik yaşına çatmayanla bağlı ittiham) məhkəmə qarşısına çıxan Riberi üçün bu sənədlər ciddi reputasiya zərbəsi hesab olunur.

Qeyd edək ki, Frank Riberi 2022-ci ilin oktyabrında karyerasını bitirib. O, Almaniyada "Bavariya", Türkiyədə "Qalatasaray", Fransada "Marsel", İtaliyada "Fiorentina" kimi komandalarda çıxış edib.

Tarix
2026.02.09 / 12:38
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla