Yuxarı

"Qarabağ"la oyun təxirə salınsa, oynamayacağıq - Vernidub

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ"la oyun təxirə salınsa, oynamayacağıq - Vernidub

"Neftçi"nin "Qarabağ"la matçı təxirə salınacaqsa, oynanılmayacaq, əks halda isə qarşılaşma keçiriləcək.

Axar.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının XIX turunda "Qəbələ"yə qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis son günlər mətbuatda müzakirə olunan "Neftçi" və "Qarabağ" arasındakı oyunun təxirə salınması məsələsinə münasibət bildirib:

"Əgər mənə bildirilsə ki, oyun təxirə salınır, oynamayacağıq. Yox təxirə salınmasa, təbii ki, çıxıb öz oyunumuzu oynayacağıq. Azərbaycan Premyer Liqasında 12 komanda mübarizə aparır. Biz onlardan biriyik, qalan 11 komanda isə bizim üçün rəqib sayılır. Mənim üçün hər qarşılaşma eyni dərəcədə önəmlidir. Rəqibin "Qarabağ", "Sumqayıt" və ya "Kəpəz" olmasının fərqi yoxdur. Əsas məqsədim hər oyunda qələbə qazanmaqdır və qarşıma qoyulan tapşırıq da məhz bundan ibarətdir".

Y.Vernidub "Qəbələ" ilə matçın ilk hissəsində yaxşı oyun nümayiş etdirdiklərini bildirib:

"Hesabı açdıq və ikinci qolu vurmaq üçün də imkanlarımız var idi. "Qəbələ"nin isə demək olar ki, qol epizodları olmadı. İkinci hissədə baş verənlər daha çox psixoloji amillərlə bağlı idi. Komanda bu stadionda uzun müddətdir qələbə qazana bilmirdi. Hesabda öndə olduğumuza görə, ehtimal ki, oyunçular daha çox müdafiəyə çəkilməyə üstünlük verdilər. Bu isə bizim oynamaq istədiyimiz futbol deyil. Biz meydanda daha keyfiyyətli oyun gözləyirdik. Qarşılaşmadan əvvəl futbolçulara bildirmişdim ki, bu gün qələbə bizim üçün vacibdir ki, yolumuza davam edə bilək. Onlar da bu tapşırığın öhdəsindən gəldilər və buna görə komandaya təşəkkür edirəm. Oyunlar unudula bilər, lakin nəticə hər zaman yadda qalır".

Qeyd edək ki, "Neftçi" - "Qəbələ" oyunu Bakı kollektivinin 1:0 hesablı qələbəsi ilə bitib.

Tarix
2026.02.10 / 23:05
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla