Yuxarı

Nərimanın transfer dəyəri 2 dəfə artdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nərimanın transfer dəyəri 2 dəfə artdı

14:11

Xəbər verdiyimi kimi, “Qarabağ”ın hücumçusu Nəriman Axundzadənin ABŞ-ın MLS liqasında çıxış edən “Kolambus Kryu”ya transfer olunub. Ohayo təmsilçisi 21 yaşlı futbolçu ilə 2029-cu ilin iyun ayına qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, ABŞ klubu rəsmi sosial media hesablarında azərbaycanlı futbolçunu fanatlarına təqdim edib.

“Kolambus Kryu”un baş meneceri İssa Tall palaşımında yazıb: “Nəriman komandamıza əlavə bir ölçü qatacaq fərqli bacarıq dəsti gətirir. Onun texniki keyfiyyətləri və yüksək iş tempi oyun üslubumuza çox uyğundur. Gənc yaşına baxmayaraq, Nəriman artıq ölkə daxilində, Avropa səviyyəsində və milli komandada dəyərli təcrübə qazanıb. Onu “Columbus”da salamlamaqdan məmnunuq və klubumuzda inkişafını səbirsizliklə gözləyirik”.

ABŞ klubu futbolçu üçün ağdamlılara 2.5 milyon avro ödəyəcək.

Qeyd edək ki, bu transferdən sonra azərbaycanlı futbolçunun "Transfermarkt.com"dakı dəyəri iki dəfə bahalaşaraq 2.5 milyon avro olub. Bu rəqəm bir ay əvvəl 1.2 milyon idi.

Tarix
2026.02.11 / 17:19
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla