Yuxarı

"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət

“Nyukasl” "Qarabağ"la oyuna görə Bakıya səfər edəcək azarkeşlərinə müraciət edib.

Axar.az Qol.az-a istinadla xəbər verir ki, müraciət İngiltərə klubunun rəsmi saytında yayımlanıb.

Burada turistlərin səfəri ilə bağlı mühüm informativ məlumatlar yer alıb. Eyni zamanda klub azarkeşlərini yerli adət-ənənələrə hörmət etməyə çağırıb.

"Nyukasl" xüsusən tərəfdarların Azərbaycanda gözlənilən Ramazan ayı ilə bağlı qaydalara diqqət etməsini tövsiyə edib. Bildirilib ki, Ramazan ayının fevralın 17-si axşam saatlarında başlaması, 18 fevral səhərindən etibarən isə orucun tutulması gözlənilir və yerli sakinlərə, mədəniyyətə hörmətlə yanaşılmalıdır.

Müraciətdə həmçinin tarixi məkanlar və abidələr ətrafında davranışa xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb. Xüsusilə Şəhidlər Xiyabanının həssas məkan hesab olunduğu qeyd olunub və burada hörmətsiz və ya narahatlıq yaradan hərəkətlərin yolverilməz olduğu qeyd edilib.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Nyukasl" matçı fevralın 18-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab oyunu isə fevralın 24-ü Nyukasl şəhərində baş tutacaq.

Tarix
2026.02.11 / 17:15
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla