Yuxarı

"Qarabağ"dan getmək istədi - Koxalskidən gözlənilməz qərar

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ"dan getmək istədi - Koxalskidən gözlənilməz qərar

"Qarabağ"ın qapıçısı Mateuş Koxalski bu qış transfer pəncərəsi dövründə komandadan ayrılmaq istəyib.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə polşalı qapıçı özü ölkəsinin "Przegladsportowy.onet.pl" saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, klubun rəhbərliyi bu keçidə icazə verməyib. Həmin klub Polşa "Vidzev"i olub. 25 yaşlı futbolçu təsdiq edib ki, belə bir təklif olub. Hətta özü də “Vidzev”in təklifinə razılaşıb. O, bu gözlənilməz qərarı şəxsi səbəblərə görə verdiyini bildirib:

- Bakıda idman baxımından hər şey yaxşıdır. İnkişaf etdiyimi hiss edirəm və Çempionlar Liqasında oynayıram. Bu, özünü göstərmək üçün ideal yerdir. Amma bir məsələ var ki, heç kim bilmir, çünki mən özüm bu barədə danışmamışam. Məşqdən və ya oyundan sonra evə qayıdıram və tək qalıram. Yaxınlarımdan uzaqda. Futbol mənim üçün çox vacibdir. Bu, aydındır. Amma mən həmişə ailəni və yaxınlarımı birinci yerə qoymuşam və qoyacağam. Nişanlım indi daha tez-tez yanımda olur. Amma o, Polşaya qayıdanda (qiyabi təhsil alır) tək qalmaq mənim üçün çətin olur. Bunun elə görünməsini istəmirəm ki, guya özümü qurban verirəm. Ümid edirəm insanlar bunu başa düşəcək. Mən ailə adamıyam və bu ayrılıq psixoloji durumuma ciddi təsir edir. Məhz buna görə “Vidzev”in təklifini qəbul etmişdim.

- Ekstraklasada oynamaq naminə Çempionlar Liqasından imtina etməyə hazır idiniz?

- Bəli, daxili rahatlığım üçün. Amma sonda transfer baş tutmadı. Çünki “Qarabağ” rəhbərliyi razılaşmadı. Belə alındı ki, ehtiyat qapıçı zədələndi və yenisini qeydiyyatdan keçirmək problem yarada bilərdi. Mən isə komanda üçün o qədər vacibəm ki, “Qarabağ” “Vidzev”in təklifini rədd etdi. Mən bunu yaxşı anlayıram və artıq bu məsələ üzərində dayanmadım. “Vidzev” başqa qapıçı transfer etdi və məsələ bağlandı.

Amma haqqımda yayılan daha bir şayiəni də təkzib edə bilərəm. Dortmund “Borussiya”sından heç bir təklif almamışam. Belə xəbərləri oxumuşam. Düşünürəm ki, son həftələrdə mənimlə bağlı transfer xəbərlərinin 90 faizi yalan idi.

- 2026-cı il üçün hədəfləriniz nədir?

- “Qarabağ”la Çempionlar Liqasında mümkün qədər böyük uğur qazanmaq istəyirəm. Karyeramda növbəti addım üçün çalışacağam. Bir də Polşa millisində debüt etməyi çox istərdim.

Tarix
2026.02.11 / 18:26
Müəllif
Axar.az
Digər xəbərlər

İkram Kərimov vəfat etdi

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla