Yuxarı

FHN-in qurumları arasında şahmat çempionatı keçirildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-in qurumları arasında şahmat çempionatı keçirildi

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun bazasında Nazirliyin qurumları arasında komanda və şəxsi birincilik üzrə şahmat çempionatı keçirilib.

Axar.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, idman-sağlamlıq klubunun təşkilatçılığı ilə keçirilən çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 17 komandasından 70-ə yaxın əməkdaş iştirak edərək əzmkar mübarizə aparıb. Çempionatın baş hakimi Fikrət Sideifzadə tərəfindən idarə olunan turnirdə yığılan xalların ümumi miqdarına görə qalib komandalar və əməkdaşlar müəyyən olunub.

Tədbirin bağlanış mərasimində, əvvəlcə Dövlət Himni səsləndirilib.

Mükafatlandırma mərasimində çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev qeyd edib ki, şahmat əməkdaşların həm asudə vaxtlarını səmərəli keçirməsi, həm də intellektual baxımdan inkişafında böyük əhəmiyyətə malikdir. Dünya şahmat tacının Azərbaycana gətirilməsində əvəzsiz xidmətləri olmuş Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda güclü şahmat məktəbi yaradılıb, bu idman sahəsi respublikamızda yüksək səviyyəyə qalxıb. Bu proses bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. F.Musayev, həmçinin FHN-in əməkdaşlarının respublika və beynəlxalq miqyaslı yarışlarda qazandıqları uğurlardan bəhs edib.

Sonra çempionatda uğur qazanmış komandalar və iştirakçılar təltif olunublar. 5 gün davam edən yarışda Dövlət Yanğından Mühafizə Xidmətinin komandası bütün rəqiblərinə qalib gələrək komanda hesabında birinci olub. Çempionatda ikinci yerə Mülki müdafiə qoşunları, üçüncü yerə isə Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarət Dövlət Agentliyinin komandaları layiq görülüblər.

Şəxsi yarışlarda çempion adına Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Elçin Əsədov, 2-ci yerə FHN-nin Akademiyasının kursantı Mehdi Qasımov, 3-cü yerə isə Sumqayıt Regional Mərkəzinin əməkdaşı Şahin Mehdiyev layiq görülüb.

Sonda qaliblər kubok, diplom və medalla, çempionatın keçirilməsində obyektiv hakimlik xidmətlərinə görə Azərbaycan Şahmat Federasiyasının Hakimlər Komitəsi, çempionatın əzmkar komandası kimi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandası fəxri fərmanla təltif olunublar.

Tarix
2026.02.13 / 16:59
Müəllif
Axar.az
Digər xəbərlər

Baş nazirdən yeni qərar

Turizm mərkəzləri ilə bağlı yeni qərar təsdiqləndi

Anaklaudia Rossbax Əliyevə təşəkkür məktubu göndərdi

DGK sədrinin işdən çıxartdığı Yusifovu kim əvəzləyəcək?

Ceyhun Bayramov Rəşid Meredovla görüşdü

Ermənistana Azərbaycan vasitəsilə gübrə yola salınacaq

İlham Əliyev Berdiməhəmmədovun şərəfinə ziyafət verdi

Paşinyan Azərbaycanla sərhəddə qışqırıb bu sözləri dedi

AŞ-nin Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı

Azərbaycanda QHT layihələri belə maliyyələşdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla