Yuxarı

"Nyukasl" "Qarabağ"la oyuna ciddi itkilərlə çıxacaq

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Nyukasl" "Qarabağ"la oyuna ciddi itkilərlə çıxacaq

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" klubu ilə qarşılaşacaq "Nyukasl Yunayted"in baş məşqçisi Eddi Hau komandadakı zədəli oyunçuların cari vəziyyətinə aydınlıq gətirib.

Axar.az xəbər verir ki, mütəxəssis bu barədə İngiltərə Federasiya Kubokunun (FA) IV raundu çərçivəsində "Aston Villa" ilə keçiriləcək oyundan əvvəl baş tutan mətbuat konfransında danışıb.

Baş məşqçi qeyd edib ki, bir neçə futbolçu qarşıdakı kubok görüşündə iştirak edə bilməyəcək:

"Hazırda bizi ən çox düşündürən məsələ Bruno Gimarayeşin vəziyyətidir. Zədənin ağırlıq dərəcəsini və onun nə qədər müddətə sıradan çıxdığını dəqiqləşdirmək üçün tibbi müayinələrin yekun nəticələrini gözləyirik. Lyuis Mayli də bud nahiyəsindən aldığı xəsarət və əzələ problemi səbəbindən komandaya dəstək ola bilməyəcək. Sevindirici hal odur ki, Joelintonun bərpa prosesi uğurla davam edir və onun qayıdışı yaxındır. Tino Livramento isə artıq meydançada məşqlərə start verib və mart ayının əvvəllərində tam formaya düşəcəyini proqnozlaşdırırıq".

Xatırladaq ki, fevralın 18-də UEFA Çempionlar Liqasının play-off mərhələsində "Qarabağ" Bakıda "Nyukasl Yunayted"ə qarşı ilk görüşünü keçirəcək. Cavab matçı isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq.

Tarix
2026.02.13 / 17:46
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla