Yuxarı

“Nyukasl”la oyuna hazırlaşırıq, nə normal meydan var, nə də...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nyukasl”la oyuna hazırlaşırıq, nə normal meydan var, nə də...

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XX turunda "İmişli" ilə matçdan (1:0) sonra Quba Olimpiya İdman Kompleksinin stadionundan narazılığını bildirib.

Axar.az Report-a istinadən xəbər verir ki, mütəxəssis UEFA Çempionlar Liqasının pley-off mərhələsində, fevralın 18-də Bakıda keçirəcəkləri "Nyukasl"la görüşə hazırlaşmaqla bağlı çətinliklərdən danışıb.

"Meydan yox kimi idi. Anlamıram, belə meydanda futbol oynamağa necə icazə verilə bilər? Belə meydanda neçə oyun keçiriblər? Çox danışanda, irad bildirəndə bunu yaxşı qarşılamırlar. Amma bu meydançanın durumundan xəbərdar olmaq üçün nə Qurban Qurbanovun, nə də başqa məşqçinin açıqlamasına ehtiyac var. Belə olmaz, futbolçular zədələnə bilər. Dərindən düşünsək, hər şey üçün çıxış yolu tapmaq olar. "Nyukasl"la oyuna hazırlaşırıq. Amma nə temp, nə də normal meydan var. Futbolçuların zədə alacağından qorxursan. Belə vəziyyətdən sonra "Nyukasl"la oyuna necə hazırlaşmaq olar? 3-4 gün futbolçuları bərpa etmək lazımdır. Müzakirə olunmalı mövzudur. Düşünürəm ki, təkcə biz yox, burada oynayan bütün komandalar, futbolçular, məşqçilər də şikayət edir. Futboldan başqa hər şey vardı", - baş məşqçi əlavə edib.

Qurban Qurbanov qapıçı Mateuş Koxalskinin meydana çıxmamasının səbəbini də deyib:

"Koxalski dünən məşqdə zədələndi. Zədəsinin vəziyyəti barədə Bakıya qayıdandan sonra biləcəyik. Həmçinin Leandro Andradenin də zədəsi var idi. Meydan elə vəziyyətdədir ki, futbolçunun hansı şəkildə zədələndiyini bilmək olmur. Sanki hokkey meydanında oynayırıq. Futbolçular sürüşürdü, topu itirirdilər. Hakimlər də AFFA-ya bildirməlidirlər ki, belə meydanda oyun keçirmək olmaz. Görək sabah nələr olacaq".

"Futbolçularıma təşəkkür edirəm. Çox vacib qələbə əldə etdilər. Azarkeşlərimizə də təşəkkür edirəm ki, əziyyət çəkib stadiona gəlmişdilər. Qubalılara da təşəkkür edirəm ki, komandanı çox gözəl qarşıladılar, bizə azarkeşlik edirdilər. "İmişli" komandasına uğurlar arzulayıram" - deyə o bildirib.

Tarix
2026.02.14 / 17:38
Müəllif
Axar.az
Digər xəbərlər

İkram Kərimov vəfat etdi

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla