Yuxarı

Eddi Hau Qurbanovdan danışdı: 17 il eyni komandada...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Eddi Hau Qurbanovdan danışdı: 17 il eyni komandada...

"Nyukasl" "Qarabağ" komandasını yaxşı təhlil edib.

Axar.az xəbər verir ki, bunu "Nyukasl"ın baş məşqçisi Eddi Hau "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

Mütəxəssis görüşə ciddi hazırlaşdıqlarını bildirib:

"Zədəli futbolçularımız sıraya qayıtmaqdadırlar. Bakıya yüksək əhval-ruhiyyə ilə gəlmişik. "Qarabağ"ı yaxşı təhlil etmişik. Oların "Liverpul" və "Çelsi" komandalarına qarşı görüşlərini izləmişik. Son oyunlardakı yüksək nəticələrimizin davamını Bakıda gətirmək istəyirik".

Baş məşqçi "Qarabağ"ın yaxşı oyun tərzinə malik olduğunu söyləyib:

"Onların çox yaxşı oyun tərzi var. "Qarabağ"ı ingilis klubları ilə müqayisə etmək çox çətindir. Düşünürəm ki, "Qarabağ" zəif komanda deyil".

E.Hau Ağdam təmsilçisinin heyətində xüsusi fərqləndirə biləcəyi futbolçuların olmadığını vurğulayıb:

"Bu barədə nəsə demək çətindir. Biz öz oyunumuzu oynayacağıq. Düşünürəm ki, istədiyimiz nəticəni qazana biləcəyik".

O, Qurban Qurbanovun hörmətə layiq baş məşqçi olduğunu düşünür:

"Bir mütəxəssis baş məşqçi kimi eyni komandada 17 il çalışırsa, deməli, böyük hörmətə layiqdir. Qurban Qurbanov gördüyü işlərlə ön plana çıxır. Düzdür, onunla bağlı dərindən maraqlanmamışam. Lakin müəyyən məlumatlara sahibəm".

Qeyd edək ki, görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

Tarix
2026.02.17 / 22:03
Müəllif
Axar.az
Digər xəbərlər

İkram Kərimov vəfat etdi

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla