Yuxarı

Paltardəyişmə otağında uşaqlarla danışdıq ki...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paltardəyişmə otağında uşaqlarla danışdıq ki...

Oyun haqqında çox danışmağa ehtiyac yoxdur. Rəqibin gücü hər kəsə bəlli idi. Bir daha gördük ki, Çempionlar Liqası böyük turnirdir.

Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"a 1:6 hesabı ilə məğlub olduqları ilk oyundan sonra deyib.

O, ilk hissədə çox səhv etdiklərini bildirib:

“Müdafiədə yanlışlıqlarımız oldu. Daha sıx və sadə oynaya bilərdik. Ardıcıl buraxdığımız qollar komandaya təsir etdi. Amma ikinci yarıda özümüzə gəldik. Paltardəyişmə otağında uşaqlarla danışdıq ki, belə oynamaq olmaz”.

Futbolçu sıx qrafikin oyunlara daha yaxşı hazırlaşmalarına təsir göstərdiyini söyləyib:

“Çünki çox yüklənirik. İstəməzdik oyunlarımız təxirə salınsın. Tez-tez oyun keçirəndə tempi də qoruya bilirik. Sadəcə, sıx qrafikə də öyrəşmək lazımdır. Məsələn, İngiltərə komandaları 3-4 gündən bir oyun keçirir”.

25 yaşlı futbolçu komandanı sonadək dəstəkləyən azarkeşlərə təşəkkür edib.

Qeyd edək ki, “Nyukasl” və “Qarabağ” arasında cavab oyunu fevralın 25-də keçiriləcək. Bu cütün qalibi 1/8 finalda “Çelsi” və ya “Barselona” kollektivlərindən biri ilə qarşılaşacaq.

Tarix
2026.02.19 / 11:27
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla