Yuxarı

“Qarabağ” niyə bu hesabla uduzdu? - Ekspert

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ” niyə bu hesabla uduzdu? - Ekspert

Kədərli məğlubiyyətdir. “Qarabağ” pley-offa qədər çox yaxşı oyunlar keçirmiş və çox güclü rəqiblərlə başabaş oynamış, onları məğlub etmiş komandadır.

Bu sözləri idman eksperti Kənan Məstəliyev Axar.az-a açıqlamasında “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Nyukasl Yunayted" komandasına Bakıda ötən gün 6:1 hesabı ilə məğlub olması barədə danışarkən deyib.

Ekspert bildirir ki, “Nyukasl” favorit və güclü komanda olsa da, fərqin bu qədər böyük olacağı proqnozlaşdırılmırdı:

“Reallığa baxanda belə olmalı deyildi. “Qarabağ” sadəcə təcrübəsizliyin qurbanı oldu. Baş məşqçi Qurban Qurbanov da, futbolçular da bu səviyyədə matçlara hazır deyillər. Bunu qəbul etmək lazımdır. Günah bəlkə də onların özündə deyil. Çünki “Qarabağ” Azərbaycan futbolunun çox üzərində olan nəticələrə nail olub. Sistemi, israrı, prinsipləri hesabına buralara qədər gəlib. “Qarabağ”a təşəkkür düşür”.

Onun sözlərinə görə, bundan sonra Azərbaycan futbolunda təkcə “Qarabağ” yox, bütün komandalar inkişaf etməlidir:

“Yəni biz meydançaları, uşaq futbolunu, sistemi, infrastrukturu düzəltməliyik. Azərbaycan futbolu təkcə “Qarabağ”dan ibarət olmalı deyil. Azərbaycan çempionatını düzəlməyənə qədər Çempionlar Liqasında pley-off mərhələsindən o tərəfi görmək ehtimalımız yoxdur.

“Qarabağ” böyük hesabla məğlub oldu. Lakin kədərlənmək yox, reallığı qəbul etmək lazımdır. Başa düşməliyik ki, Azərbaycan futbolunun maksimumu bu qədərdir. Səhvləri analiz etmək, nəticə çıxarmaq və gələcəyə inamla baxmaq lazımdır”.

Tarix
2026.02.19 / 12:53
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla