Yuxarı

Azərbaycan futbolunda daha bir ciddi hakim səhvi - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan futbolunda daha bir ciddi hakim səhvi - Video

16:46

Bu gün “Neftçi” rəhbərliyi ilə AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov arasında görüş keçirilib.

Axar.az Teleqraf-a istinadla xəbər ki, AFFA-nın inzibati binasında baş tutan görüşdə paytaxt təmsilçinin rəhbərliyi Azərbaycan Premyer Liqasının XXVIII turunda “Zirə” ilə oyunda və bundan öncəki qarşılaşmalardakı hakim qərarları ilə bağlı narazılığını dilə gətirib.

Bakılılar bu səhv qərarların sonrakı turlarda da baş verəcəyi ehtimalından narahatlığını bildirib.

Aparılan müzakirələrdə Hakimlər Komitəsinin sədri “Zirə” – “Neftçi” matçında İnqilab Məmmədovun səhv qərar verdiyini etiraf edib.

Əldə edilən digər məlumata görə, Rəhim Həsənov İnqilab Məmmədovun sözügedən oyundakı qərarının yanlış olduğunu ənənəvi şərhində bildirəcək.

Bu durumda 43 yaşlı referinin cəzalandırılacağı da istisna deyil.

***

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının XXVIII turunda "Zirə"nin "Neftçi" ilə matçda qolu qaydalar çərçivəsində vurmadığını təsdiqləyib.

O, milli assosiasiyanın mətbuat xidmətinə açıqlamasında həmin epizodda oyundan kənar vəziyyət olduğunu bildirib.

Qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olub. VAR-da Nicat İsmayıllı əyləşib.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. "Zirə"nin futbolçusu Brahim Konate oyunun əsas vaxtının əlavə dəqiqələrində bərabərlik qolunu vurub.

Tarix
2026.04.20 / 19:01
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla