Yuxarı

Avropa çempionatı: Azərbaycan üçün üç medal şansı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa çempionatı: Azərbaycan üçün üç medal şansı

Azərbaycanın iki yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Axar.az xəbər verir ki, İslam Abbasov (87 kiloqram) bolqarıstanlı Semyon Novikova, Beka Kandelaki (125 kiloqram) isə macarıstanlı Darius Vetikə məğlub olub. Hər iki güləşçi aprelin 21-də bürünc medal görüşünə çıxacaq.

Rəşad Məmmədov (55 kiloqram) isə 1/4 finalda uduzduğu rusiyalı rəqibi Emin Seferşayev finala yüksəldiyi üçün 3-cü yer uğrunda təsəlliverici görüş keçirəcək.

Bu gün mübarizəyə qoşulan digər yunan-Roma güləşçiləri Ziya Babaşov (63 kiloqram) və Sənan Süleymanov (77 kiloqram) isə mübarizəni medalsız başa vurublar.

Qeyd edək ki, Azərbaycan aprelin 26-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.

Tarix
2026.04.20 / 23:35
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla