Yuxarı

AFFA "Qarabağ" və "Sabah"ı azarkeşlərə görə cəzalandırdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
AFFA "Qarabağ" və "Sabah"ı azarkeşlərə görə cəzalandırdı

AFFA "Qarabağ" və "Sabah" klublarını cəzalandırıb.

Axar.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsi qərar verib.

Azərbaycan Premyer Liqasının XXVIII turunda baş tutan "Qarabağ" - "Sabah" (0:1) matçından sonra hər iki komandanın azarkeş sektorlarından meydana kənar şəxslərin daxil olması klubları ziyana salıb. Cari mövsümdə bu halın ikinci dəfə yaşanması səbəbindən "Qarabağ" və "Sabah" klublarının hər biri 5000 manat məbləğində cərimə olunub.

“Araz-Naxçıvan” - “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Araz-Naxçıvan” da 5000 manat cərimələnib.

Həmçinin "Sabah"ın 6 futbolçusu sarı vərəqə aldığı üçün klub əlavə 700 manat cərimə edilib. Komandanın oyunçusu Abdulla Xaybullayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb, paytaxt təmsilçisi isə daha 1000 manat cəriməyə məruz qalıb.

Tarix
2026.04.21 / 13:07
Müəllif
Axar.az
Digər xəbərlər

Bu halda Türkiyə ilə sərhəd açılmayacaq - Adamyan

Azərbaycanlı çoban Ermənistana keçdi

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla