Yuxarı

Türkiyəli güləşçi 13-cü dəfə Avropa çempionu oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyəli güləşçi 13-cü dəfə Avropa çempionu oldu

Türkiyənin yunan-Roma güləşçisi Rza Kayaalp karyerasında 13-cü Avropa çempionluğu üçün final görüşünə çıxıb.

Axar.az xəbər verir ki, 130 kiloqram çəkidə çıxış edən təcrübəli güləşçi Albaniyanın paytaxtı Tiranada keçirilən turnirin həlledici qarşılaşmasında macarıstanlı Darius Attila Viteklə üz-üzə gəlib. 36 yaşlı idmançı rəqibini məğlub edərək rusiyalı Aleksandr Karelinin rekordunu (12) yeniləyib və Avropanın ən titullu yunan-Roma güləşçisi ünvanını ələ keçirib.

Qeyd edək ki, Rza Kayaalp Avropa çempionatının yarımfinalında belaruslu Pavel Qlinçukla qarşılaşıb. Türkiyəli idmançı 4:0 hesabı ilə öndə olarkən rəqibi onun sifətinə zərbə endirib. Bu səbəbdən Qlinçuk hakimlərin qərarı ilə diskvalifikasiya olunaraq texniki məğlubiyyət alıb.

Rza Kayaalp Avropa çempionatları tarixində 15-ci dəfə finalda mübarizə aparıb. Təcrübəli idmançı indiyədək qitə birinciliklərində 12 qızıl və 2 gümüş medal qazanıb.

Tarix
2026.04.21 / 23:10
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla