Yuxarı

Ülvi Babayev millimizi seçməməsinin səbəbini açıqladı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ülvi Babayev millimizi seçməməsinin səbəbini açıqladı

Moskva "Dinamo"sunun azərbaycanlı futbolçusu Ülvi Babayev Rusiya və Azərbaycan milli komandaları arasında seçimindən danışıb.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, "myachrus"a danışan gənc yarımmüdafiəçi Rusiya millisində çıxışını dəyişməz qərar kimi qiymətləndirib:

"Seçimim Rusiyadır və bu mövqe dəyişməzdir. Rusiya futbolunun hazırda təcrid şəraitində olmasına rəğmən, verdiyim qərara görə peşman deyiləm. Bu mövzuda Rusiya Futbol İttifaqı və ya Valeri Karpinin məşqçilər heyəti ilə hər hansı müzakirəmiz olmayıb".

Gənc oyunçu vətəndaşlığını dəyişmək barədə düşünmədiyini vurğulayıb:

"Mən Ximkidə doğulmuşam və bütün ömrüm boyu Rusiyada yaşamışam. Vətəndaşlığı dəyişmək fikri ağlımdan belə keçməyib. Atama, anama, ailəmə və bütün qohumlarıma böyük hörmətlə yanaşıram, lakin mən Rusiyada tərbiyə almışam və burada böyümüşəm. Hesab edirəm ki, seçim etmək hüququm var və buna görə də Rusiya millisini seçmişəm".

Vətəndaşlığını dəyişəcəyi təqdirdə Rusiya Premyer Liqasında legioner sayılacağı və bunun işini çətinləşdirə biləcəyi ilə bağlı suala futbolçunun cavabı belə olub:

"Düzünü desəm, bu barədə heç düşünməmişəm. Yəni, legioner olsam, rəqabət çətinləşər kimi hesablamalar aparmamışam. Sadəcə olaraq özümü bu ölkəyə aid hiss etdiyim üçün bu addımı atmışam".

Qeyd edək ki, daha öncə də Ü.Babayev seçiminin Rusiya millisindən yana olacağını açıqlamışdı. Hansı ki, AFFA da onun Azərbaycan millisinə cəlb olunmasında maraqlı idi.

Tarix
2026.04.22 / 01:06
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı çoban Ermənistana keçdi

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla