Yuxarı

“Qarabağ”da skandal: Elvinin cəzalandırılmasının şok şəbəbi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ”da skandal: Elvinin cəzalandırılmasının şok şəbəbi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Elvin Cəfərquliyevlə Abbas Hüseynovu əsas heyətdən kənarlaşdırmasının detalları bəlli olub.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, 25 yaşlı futbolçu əyləncəli tədbirlərə qatılıb, istirahətdə olduğu vaxt rejimə, sağlamlığına diqqət yetirməyib. Zaman keçdikcə daha çox əyləncəyə meyil edib. Elvin Cəfərquliyevin Abbas Hüseynovla birlikdə “Qarabağ” tərəfindən cəzalandırılmasının da səbəbi məhz bu tipli əyləncələr olub.

Hər iki futbolçunun iş adımı Şərurlu İsfəndiyara məxsus, Bakının ən məşhur restoran-otel tipli məkanlarından birində eyş-işrət məclisində iştirak etdikləri aşkara çıxıb.

Məlumata görə, futbolçuların əyləncə məkanından çəkilmiş fotoları da var. Qurban Qurbanov isə onların bu əməlini bağışlamayıb. Komandanın “Sabah”la matç öncəsi futbolçuların nizam-intizam qaydalarını pozaraq belə bir məclisdə iştirakları “Qarabağ” rəhbərliyini və təcrübəli məşqçini özündən çıxarıb.

Qeyd edək ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduqları üçün əvəzedici heyətə göndəriliblər.

Tarix
2026.04.22 / 19:58
Müəllif
Axar.az
Digər xəbərlər

XİN Türkiyəyə başsağlığı verdi

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

Peskov: Avropalılar israr edir ki...

Prezident Maka Boçorişvilini qəbul etdi - Foto

Rusiyanın Ukrayna dronlarını vurduğu raketlərin qiyməti...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla