Yuxarı

Yankoviç: Hakim məni niyə otağına çağırır, dalaşmaq üçün?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yankoviç: Hakim məni niyə otağına çağırır, dalaşmaq üçün?

"Qarabağ"ın futbolçusu Marko Yankoviç Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Sabah"la qarşılaşmadan sonra görüşün baş hakimi Rəvan Həmzəzadə ilə yaşadığı qalmaqala münasibət bildirib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, futbolçu bu barədə sosial media hesabında paylaşım edib.

O, hakimin qərarları ilə razılaşmadığını qeyd edib və epizodların obyektiv qiymətləndirilməsini istəyib.

Futbolçu bildirib ki, əgər fiziki təmas yaratmaq istəsəydi, bunun üçün kifayət qədər imkanı olub. Yankoviç həmçinin oyunda bir neçə nəfərin eyni reaksiyanı verdiyini vurğulayaraq, hamının yanıldığını düşünmədiyini qeyd edib.

Təcrübəli futbolçu hakimlə mübahisəsinin səbəbini belə açıqlayıb:

"Bu mübahisənin səbəbi epizodda penalti olduğunu düşündüyüm üçün deyildi. Səbəb odur ki, meydanda ilk dəfə ondan VAR-a baxmasını istəyəndə mənə qırmızı vərəqə göstərdi və “rədd ol” dedi. Həm də bunu bir dəfə yox, dəfələrlə etdi və təkcə mənə yox. Üstəlik, meydanda ən sakit insan olmalı olan hakim məni öz otağına çağırır. Niyə? Mənimlə dalaşmaq üçün? Bu, absurd, peşəkarlığa yaraşmayan və hörmətsiz davranışdır. Onun qərarı ilə razılaşmaya bilərəm, amma heç kim ona təhqiramiz söz demədi. Unutmayın ki, bu, “Qarabağ”da 4 il ərzində aldığım ilk qırmızı vərəqədir və ümumilikdə karyeramda ikinci dəfədir".

Qeyd edək ki, M.Yankoviç “Sabah”la oyundan sonra paltardəyişmə otağına gedən tuneldə hakim Rəvan Həmzəzadəyə hücum çəkib. Hakim isə əli ilə işarə edərək onu otağa söhbətə çağırıb.

Tarix
2026.04.25 / 12:02
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov bacısının vəfatına görə Arakçıya başsağlığı verdi

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla