Yuxarı

"Neftçi"nin Abubakarla bağlı planı...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Neftçi"nin Abubakarla bağlı planı...

"Neftçi"nin Vensan Abubakarla bağlı planı müəyyənləşib.

Axar.az Apasport-a istinadla xəbər verir ki, klub yayda ulduz hücumçu ilə yollarını ayıracaq.

Kamerunlu forvardın müqaviləsində yer alan "əlavə 1 il" bəndi aktivləşdirilməyəcək.

Buna əsas səbəb Abubakarın gözləntiləri doğrultmaması olub. Forvardın bitmək bilməyən zədə problemi də rəhbərliyin onunla bağlı arzularını puç edib.

O, baş məşqçi Yuri Vernidubun da növbəti mövsüm üçün planlarında yer almayıb. Ukraynalı mütəxəssis hücumun ucunda daha sürətli, dinamik oyunçu axtarışındadır.

Həmçinin futbolçunun məvacibinin yüksək olması da "Neftçi"ni Abubakarla yolları ayırmağa sövq edib.

Hücumçunun adı dünən "Qarabağ"la keçirilən matçın (1:5) iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, Vensan "ağ-qaralar"ın heyətinə mövsümün əvvəlində qoşulub. O, "Neftçi"də keçirdiyi 18 oyunda 9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Tarix
2026.04.27 / 18:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla