Yuxarı

133 oyunun nəticəsi ləğv oluna bilər

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
133 oyunun nəticəsi ləğv oluna bilər

Futbol üzrə Niderland çempionatının yüksək liqasında 133 matçın nəticəsi oyunçuların sənədlərinin rəsmiləşdirilməsində pozuntulara görə ləğv edilə bilər.

Axar.az xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.

Qeyd olunub ki, 100-dən çox oyunun nəticələri yenidən nəzərdən keçirilə bilər, çünki bir sıra futbolçular lazımi sənədlər olmadan meydana çıxıblar.

Onların bir çoxu milli komandaların heyətində çıxış etmək üçün İndoneziya, Surinam və Kabo-Verdenin ikili vətəndaşlığını alıblar.

Niderland qanunvericiliyinə əsasən, belə hallarda oyunçular ölkə vətəndaşlığından çıxmalı və iş icazəsini rəsmiləşdirməlidirlər.

Eyni zamanda, mümkün pozuntular bir neçə il ərzində diqqətdən kənarda qalıb. Vəziyyət son aylarda gündəmə gəlib.

"NAK Breda" klubu problemə diqqət çəkərək matçlardan birinin yenidən keçirilməsini tələb edib. Niderland Futbol İttifaqı bu tələbi rədd edib, bundan sonra klub apellyasiya şikayəti verib.

Tarix
2026.04.30 / 17:28
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla