Yuxarı

"CBC Sport" "Bavariya" - PSJ matçını niyə yayımlamayıb?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"CBC Sport" "Bavariya" - PSJ matçını niyə yayımlamayıb?

"CBC Sport" telekanalı UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində keçirilmiş "Bavariya" (Almaniya) - PSJ (Fransa) matçının yayımlanmaması ilə bağlı bəyanat yayıb.

Axar.az xəbər verir ki, bu barədə telekanalın sosial şəbəkə hesabında bildirilib.

"CBC Sport" sözügedən qarşılaşmanın yayımının texniki səbəblərdən mümkün olmadığını vurğulayıb:

"Gün ərzində yayım prosesi ilə bağlı aparılan ənənəvi testlər zamanı hər hansı problem aşkarlanmasa da, matçın başlamasına təxminən 5 dəqiqə qalmış gözlənilməz texniki nasazlıq yaranıb. Problem qeydə alınan andan etibarən onun aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülüb. Məqsədimiz nasazlıq aradan qalxan kimi, oyunun hansı dəqiqəsinin getməsindən asılı olmayaraq, dərhal efirə qoşulmaq idi. Lakin texniki heyətin görüş boyu davam edən səylərinə baxmayaraq, yayımı bərpa etmək mümkün olmayıb. Baş verən bu xoşagəlməz hadisəyə görə məsuliyyətimizi tam dərk edir, oyunu sizə təqdim edə bilmədiyimiz üçün bütün futbolsevərlərdən üzr istəyirik.

Əziz idmansevərlər, anlayışınıza ümid edir və belə halların bir daha təkrarlanmaması üçün bütün lazımi addımların atılacağını bildiririk".

Tarix
2026.05.07 / 13:25
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla