Yuxarı

Çimayevin məğlubiyyət səbəbi açıqlandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çimayevin məğlubiyyət səbəbi açıqlandı

ABŞ-da keçirilən UFC 328 turnirinin əsas döyüşündə Şon Striklend Həmzət Çimayevə qalib gəldikdən sonra bəzi versiyalar ortaya çıxıb.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, beş raund davam edən qarşılaşmanın yekununda hakimlərdən ikisi Striklendi üstün sayıb.

Beləliklə, Çimayev peşəkar MMA karyerasında ilk məğlubiyyətini alaraq çempionluq kəmərini əldən verib. Döyüşdən sonra MMA aləmində nəticə və Çimayevin performansı geniş müzakirələrə səbəb olub.

PFL döyüşçüsü və keçmiş Bellator çempionu Andrey Koreşkov qarşılaşmanın kifayət qədər gərgin və mübahisəli keçdiyini bildirib. Onun sözlərinə görə, xüsusilə son raundun nəticəsi birmənalı olmayıb:

“Düşünürdüm ki, Həmzət döyüşü qazandı. Beşinci raundda təzyiq göstərən tərəf o idi. Ola bilər ki, ağır çəki endirimi və ya hansısa zədə onun performansına təsir edib”, – deyə Koreşkov bildirib.

Keçmiş Bellator ağır çəkili döyüşçüsü Kirill Sidelnikov isə məğlubiyyətin əsas səbəbinin yanlış taktika olduğunu deyib. O bildirib ki, Çimayev özünün əsas üstünlüklərindən tam istifadə etməyib:

“Həmzət məsafəli döyüşə üstünlük verdi, halbuki bu, Striklendin daha güclü olduğu tərəf idi. Onun daha çox güləşdən istifadə etməsi lazım idi. Hakimlərin qərarını düzgün hesab edirəm”, – deyə Sidelnikov vurğulayıb.

Qeyd edək ki, 32 yaşlı Çimayev 2025-ci ilin avqustunda Cənubi Afrikalı Drikus du Plessis üzərində qələbə qazanaraq UFC orta çəki çempionu olmuşdu. Striklend isə daha əvvəl 2023–2024-cü illərdə həmin titulun sahibi olub.

Tarix
2026.05.10 / 19:59
Müəllif
Axar.az
Digər xəbərlər

Asiyada yeni müharibə başlayır: Hərbi əməliyyata hazırlıq başladı

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

Paşinyanın bu qərarı Putini qorxutdu

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

Azərbaycan zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verdi

İran müharibəsi: Azərbaycan müdafiəni belə gücləndirir...

Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla