Yuxarı

Trampın xahişi qalmaqal yaratdı: UEFA-dan etiraz...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın xahişi qalmaqal yaratdı: UEFA-dan etiraz...

UEFA ABŞ millisinin hücumçusu Folarin Baloqunun cəzasının ləğvi ilə bağlı FİFA-nın qərarını sərt tənqid edib.

Axar.az Qol.az-a istinadla xəbər verir ki, UEFA bununla bağlı rəsmi bəyanat yayıb.

“Dünən diskvalifikasiyanın dayandırılması və onun 1 illik sınaq müddəti ilə əvəzlənməsi qırmızı xəttin keçilməsi oldu. Futbol, digər idman növləri kimi, ədalətli, açıq və şəffaf rəqabəti təmin edən qaydalara əsaslanır.

Bəzi hallarda qaydalar müxtəlif cür şərh oluna bilər. Ancaq bu vəziyyətdə yox. Qırmızı vərəqədən sonra minimum bir oyunluq avtomatik diskvalifikasiya müzakirə mövzusu deyil və onun qüvvəyə minməsi üçün ayrıca qərar tələb olunmur”, - bəyanatda bildirilib.

UEFA bu addımı “presedentsiz və əsassız qərar” adlandırıb:

“Bu prinsip turnirin reqlamentində təsbit olunub və heç bir istisnaya yol vermir. Xüsusilə də turnirin gedişində, oxşar vəziyyətdə olan digər futbolçular cəzalarını çəkdiyi halda. Qaydalara əməl olunmasına cavabdeh olanlar onların dəyişməzliyini təmin etmədikdə, oyunun ədalətliliyi və turnirə olan etimad təhlükə altına düşür. Bu presedentsiz, anlaşılmaz və əsassız qərarla bağlı dərin təəccübümüzü ifadə edirik”.

Qeyd edək ki, Baloqun DÇ-2026-nın 1/16 finalında Bosniya və Herseqovina ilə oyunda (2:0) qırmızı vərəqə almışdı. Lakin FİFA-nın İntizam Komitəsi futbolçunun avtomatik bir oyunluq cəzasını dayandıraraq onu 1 illik sınaq müddəti ilə əvəz edib. Bu qərar hücumçuya Belçikaya qarşı 1/8 final matçında oynamaq imkanı verib.

Daha sonra yayılan məlumata görə, ABŞ Prezidenti Donald Tramp FİFA prezidenti Canni İnfantinodan məsələ ilə bağlı şəxsən xahiş edibmiş.

Tarix
2026.07.06 / 17:07
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

İlham Əliyev Malavi prezidentini təbrik edtdi

Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili

Qlobal çağırışlar: Azərbaycan diplomatiyasının uğurları...

Ukraynada SOCAR-ın YDM-i belə vuruldu – Anbaan video

Azərbaycan İsraildəki səfirini geri çağırdı - Təcili

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla