Yuxarı

Argentina Dünya Çempionatından kənarlaşdırıla bilər

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Argentina Dünya Çempionatından kənarlaşdırıla bilər

2,5 milyondan çox insan Argentina yığma komandasının 2026-cı il Dünya Kubokundan kənarlaşdırılmasını tələb edən petisiya imzalayıb.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, petisiya Cənubi Amerikalıların Misir yığmasını 3-2 hesabı ilə məğlub etdiyi 1/8 final matçından sonra başlayıb. Qeyd edək ki, həmin oyunda Argentina əsas oyunun bitməsinə 11 dəqiqə qalmış 2-0 hesabı ilə geridə olsa da, sonda qələbə qazanıb.

Matçdan sonra "fironlar" ölkəsi fransız hakim Fransua Leteksyeni ədalətsiz hakimlikdə, Beynəlxalq Futbol Assosiasiyası Federasiyasını (FİFA) isə hazırkı dünya çempionlarına, xüsusən də Argentina kapitanı Leonel Messiyə üstünlük verməkdə günahlandırıblar.

Petisiya müəlliflərinin bildirir ki, FİFA və hakimlər Lionel Messi və onun komandasına üstünlük verir:

“Qalibi artıq məlumdursa, dünyanın qalan hissəsinin kubok uğrunda yarışmasının mənası nədir? Gəlin Argentinanı Dünya Kubokundan kənarlaşdıraq ki, digər komandaların da şansı olsun".

Petisiya müəllifləri arqument olaraq, argentinalıların Misirə qarşı oyunu, yarımfinala gedən yolda "Albiseleste"nin FİFA reytinqinin ilk 10 komandasından heç biri ilə oynamaması və son üç Dünya Kubokunda Argentinanın xeyrinə doqquz penalti təyin edilməsini qeyd ediblər.

Tarix
2026.07.13 / 18:58
Müəllif
Axar.az
Digər xəbərlər

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti yenə uzadıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla