Yuxarı

"Qarabağ" "Liverpul"un 60 milyonluq futbolçusunu alır

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ" "Liverpul"un 60 milyonluq futbolçusunu alır

Transfer çalışmalarını davam etdirən "Qarabağ" heyətini tanınmış futbolçu ilə gücləndirə bilər.

Axar.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Ağdam təmsilçisi vaxtilə İngiltərənin "Liverpul" klubunda çıxış etmiş Nabi Keyta ilə maraqlanır. Xəbərdə bildirilir ki, tərəflər arasında ilkin danışıqlara artıq start verilib.

İddiaya əsasən, "Qarabağ" rəhbərliyi 31 yaşlı yarımmüdafiəçinin özü ilə yanaşı, onun hazırda müqavilə ilə bağlı olduğu Macarıstanın "Ferentsvaroş" klubu ilə də təmasdadır.

Qvineya millisinin üzvü olan Keyta bu ilin əvvəlindən "Ferentsvaroş"un şərəfini qoruyur. O, Budapeşt təmsilçisinin heyətində indiyədək 19 oyunda meydana çıxıb.

Qeyd edək ki, Nabi Keyta karyerası ərzində Qvineyanın "Horoya", Fransanın "İstres", Avstriyanın "Zalsburq", Almaniyanın "Leytspiq", "Verder", İngiltərənin "Liverpul" və Macarıstanın "Ferentsvaroş" klublarında çıxış edib. "Zalsburq" onu 2016-cı ildə 29,75 milyon avroya transfer edib və iki il sonra 60 milyon avroya "Liverpul"a satıb. Futbolçu "Liverpul"la İngiltərə çempionu, Federasiya Kuboku, Liqa Kuboku və Super Kubokun qalibi olub, 2018/19 mövsümündə Çempionlar Liqası, UEFA Super Kuboku və Klublararası Dünya Çempionatının qalibi adını qazanıb, 2021/22 mövsümündə Çempionlar Liqasında final oynayıb.

Nabi Keyta Qvineya yığmasında 58 oyun keçirərək, 12 qol vurub.

Tarix
2026.07.18 / 11:49
Müəllif
Axar.az
Digər xəbərlər

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla