Yuxarı

Messi dahidir, amma bacarmadı, çünki... - Ekspert

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Messi dahidir, amma bacarmadı, çünki... - Ekspert

Lionel Messinin İspaniya-Argentina final matçında qol vura bilməməsinin səbəbi özü yox, rəqibi idi. İspaniya bir dəqiqə belə topu rəqibə vermədi. Top Messiyə çatmırdı.

Bu sözləri Axar.az-a açıqlamasında idman eksperti Kənan Məstəliyev Argentina millisinin kapitanı Lionel Messinin Dünya Çempionatının finalındakı oyununu şərh edərkən deyib.

Onun sözlərinə görə, Messinin bombardir olmağı heç əvvəldən də proqnozlaşdırılmırdı:

“Əsas namizədlər kimi İspaniyanın gənc ulduzu Lamin Yamal və Fransa millisinin hücumçusu Kilian Mbappenin adları çəkilirdi. Messi bu yaşda bu qədər qol vura bilibsə, bombardirlər yarışında iştirak edə bilibsə, bunun özü böyük hadisədir. O, həm komandasını finala qədər daşıdı, həm də qolları və məhsuldar ötürmələri ilə komandası üçün faydalı oldu.

Messi dahidir. Messinin oyununa heç bir şübhə yoxdur, ola da bilməz. Messi dünya futbol tarixinin ən yaxşı futbolçularından biridir. Komandasının finalda məğlub olması, yaxud bombardir olub-olmaması bu həqiqəti dəyişmir.

O qədər futbolçu olub ki, bombardir olmayıb, amma ən yaxşılar sırasında yer alıblar. Elə biri Maradona.

Bu yaşda bu səviyyədə futbol oynamaq, müasir futbolun bu tempinə dözə bilmək, gənc futbolçularla rəqabətə girmək, əksər hallarda isə onları üstələmək inanılmazdır. Messinin bu Dünya Çempionatındakı çıxışını ən yüksək səviyyədə qiymətləndirmək olar”, - ekspert bildirib.

Qeyd edək ki, 19 iyulda keçirilən finalda İspaniya Argentinaya qalib gələrək, çempion olub.

Argentina bütün oyun ərzində qapı çərçivəsində bir zərbə belə endirə bilməməsi ilə təəccüb doğurub.

Tarix
2026.07.20 / 16:44
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

İlham Əliyev Mixael Harmsla görüşdü

İlham Əliyev Almaniyaya səfər etdi - Foto

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Almaniya Azərbaycana yeni səfir təyin etdi

Prezidentdən İspaniyanın qələbəsi haqda: Yüksək ustalıq...

DÇ-2026-nın finalı: Hikmət Hacıyevin şifrəli mesajı? - Video

Tramp və Sançez DÇ-nin finalında barışdı? - Foto

Hörmüz tam olaraq “məhv edilir” – Mühüm plan

Rusiya elitası Moskvanı təcili tərk edir - Video

Ermənistanda etiraf: Bakı yeni mərhələyə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla