Yuxarı

“Qarabağ”a transferlər lazımdır: Büdcəmiz var, amma...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ”a transferlər lazımdır: Büdcəmiz var, amma...

“Qarabağ” futbol klubunun heyətinin yeni futbolçularla gücləndirilməsinə ehtiyac var.

Axar.az xəbər verir ki, bunu APA-ya açıqlamasında “Qarabağ” FK-nın prezidenti Tahir Gözəl bildirib.

Tahir Gözəl komandanın hazırkı futbolçularının səviyyəsindən razı olduğunu, lakin yeni oyunçuların bir-birinə uyğunlaşması üçün zamana ehtiyac olduğunu qeyd edib.

“Tam razıyam ki, yenə də transfer lazımdır. Amma hazırda transfer pəncərəsi açıq deyil. Açılan kimi ‘Qarabağ’ın bunun üçün həm büdcəsi, həm də gücü var”, - Tahir Gözəl deyib.

Tahir Gözəl vurğulayıb ki, klubun əvvəlki uğurlarından sonra bir sıra aparıcı futbolçular komandadan ayrılıb və onların yerinə yeni oyunçular transfer olunub:

“Çox yaxşı futbolçular alınıb, mən futbolçularımızdan çox razıyam. Amma uyğunlaşma məsələsi zaman alır. ‘Qarabağ’a hər zaman olduğu kimi böyük ümidimiz var, gücümüz var”.

Tarix
2026.09.26 / 14:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla