Yuxarı

Ukrayna-Macarıstan oyununda əlbəyaxa dava - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna-Macarıstan oyununda əlbəyaxa dava - Video

Ukrayna və Macarıstan milli komandalarının futbolçuları Millətlər Liqasının qrup mərhələsinin ilk turunda keçirilən matçın son dəqiqələrində kütləvi dava salıblar.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, Budapeştdə keçirilən qarşılaşma Ukrayna millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Lakin əlavə olunmuş vaxtda meydanda vəziyyət kəskin şəkildə gərginləşib.

Əlavə vaxtın ikinci dəqiqəsində Ukrayna millisinin hücumçusu Aleksandr Nazarenko meydanın kənarında Macarıstan yığmasının yarımmüdafiəçisi Raymund Totla sərt mübarizə aparıb. Bu epizoda görə ukraynalı futbolçu ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Bundan qısa müddət sonra Ukrayna millisinin hücumçusu Viktor Siqankov Macarıstan yığmasının kapitanı Dominik Soboslay ilə söz mübahisəsinə girib. Komanda yoldaşının müdafiəsinə Macarıstanın müdafiəçisi Miloş Kerkez keçib və bundan sonra hər iki komandanın digər futbolçuları, o cümlədən ehtiyat oyunçular da qarşıdurmaya qoşulublar.

Ukrayna millisinin kapitanı Nikolay Matviyenko Kerkezi formasının yaxasından tutub. Qarşıdurmanın qızğın anında Matviyenko özü də yerə yıxılıb.

Bu zaman tribunadan futbolçuların olduğu istiqamətə müxtəlif əşyalar atılmağa başlayıb. Onlardan biri Macarıstan millisinin yarımmüdafiəçisi Andraş Şeferin başına dəyib.

Tarix
2026.09.26 / 15:19
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla