Yuxarı

Futboldan əldə etdiyim gəlirin 99%-ni itirdim - Karlos

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Futboldan əldə etdiyim gəlirin 99%-ni itirdim - Karlos

Braziliya millisinin və "Real Madrid"in sabiq futbolçusu Roberto Karlos idman karyerasını başa vurduqdan sonra üzləşdiyi maliyyə problemləri barədə danışıb.

Axar.az xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb.

O bildirib ki, böyük futbolla vidalaşmağa qərar verdiyi an artıq idman direktoru kimi fəaliyyət göstərmək üçün lisenziyası var idi və müxtəlif markalarla işləyirdi:

“Bank hesabımı sıfırlayan şəxslərlə ciddi sıxıntılar yaşadım. Menecerlər və ailədaxili münaqişələr səbəbindən futboldan əldə etdiyim bütün gəlirin 99%-ni itirdim. Müəyyən yanlışlıqlara yol verdim və indi gənc futbolçulara eyni səhvləri etməmələrini məsləhət görürəm”.

Xatırladaq ki, 2025-ci ilin yanvarında keçmiş futbolçu 2009-cu ilin iyununda ailə həyatı qurduğu Mariana Lukkon ilə boşanma mərhələsinə qədəm qoyub. Həmin ərəfədə məşhur idmançının sərvətinin 162 milyon dollar civarında olduğu bildirilirdi.

Tarix
2026.09.26 / 17:21
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla