"Qəbələ" Avropa Liqasının qrup mərhələsində sabah
"Sent-Etyen"lə qarşılaşacaq.
Qol.az-ın məlumatına
görə, komandanın baş məqşçisi Roman Qriqorçuk oyun üçün təşkil
olunmuş mətbuat konfransında jurnalistlərin suallarını
cavablandırıb.
- Komandanın heyətində zədəli futbolçular var idi.
Hazırda durum nə yerdədir?
- Hələlik dəqiq bir şey deyə bilmərəm. Amma Baqali Dabo oynaya
bilməyəcək. Digər zədəlilər isə hələ tam hazır deyil. Bunu sabah
dəqiqləşdirəcəyik.
- "Sent Etyen"lə oyunu "Qəbələ" üçün ölüm-dirim
mübarizəsi adlandırmaq olarmı?
- Əlbəttə, növbəti mərhələyə yüksəlmək istərdik. Amma qrupdan
çıxmağımız möcüzə olar. Biz tamamilə fərqli səviyyədəyik. Keçən
illə müqayisə etsək, bu il zəif çıxış edirik. PAOK və "Krasnodar"la
başabaş mübarizə aparmağımız mümkün idi. Lakin bu rəqiblərimiz
bizdən 3 dəfə güclüdü. Biz mübarizə aparacağıq və bu möcüzəni
reallaşdırmağa çalışacağıq.
- Bu mövsüm "Qəbələ"nin Avropa Liqasındakı çıxışını
uğursuz adlandırmaq olar?
- Ötən oyunlardakı nəticləri uğursuzluq adlandırmaq olmaz. Çünki
bu oyunlarda nəsə öyrənmişik. Futbolçularıma ruhdan düşməməyi
söyləyirəm. Rəqiblərimizdən öyrənərək onların səviyyəsinə çatırıq.
Ona görə də bunu uğursuzluq adlandırmıram.
- Sabah müdafiə futbolu oynayacaqsız?
- Qətiyyən yox. Müdafiədən oynamağı fikirləşmirik. Biz hücum
futbolu oynamaq fikrindəyik. Bizi 1 xal qane etsə belə, biz yenə
hücumda daha çox oynayacağıq. Nə qədər ki, "Qəbələ"dəyəm, bizim
oyun fəlsəfəmiz belə olacaq. Hücum futbolunu oynayanda istədiyimiz
nəticəni qazanmağı bacarırıq.
- "Qəbələ" qrupda artıq 3 oyun keçirib. Hansı rəqibiniz
daha güclü idi?
- Bunu deməyəcəm. Hər bir komandanın öz taktikası var. Ümumi
cəhətləri odur ki, sürətli oynayırlar. Onlara qarşı oynamaq üçün
gərək biz də onlar kimi oynayaq.
- Ehtiyat oyunçulardan əsas heyətə uyğunlaşan
futbolçular var?
- Bizim yanaşmamız odur ki, hazır olan futbolçular oynasın.
- Qalib gəlmək üçün "Qəbələ"nin istəyi çoxdur, yoxsa
rəqiblərinin?
- Hər kəsin futbola yanaşma tərzi fərqlidir. Futbol üçün ağıl,
mexanizm, intellekt olmalıdır. İstək 10-cu və ya 20-ci yerlərdə
olur. Əsas ağılla oynamaq lazımdır.
- Sabah gənc futbolçulara şans verməyi
planlaşdırırsız?
- Kim hazır olsa, o da oynayacaq. Ad çəksəm, Roman Hüseynov və
Elvin Camalov oynaya bilər.