Yuxarı

Daha 9 idmançımız cəzalandı - Qalmaqal

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha 9 idmançımız cəzalandı - Qalmaqal

Bir müddət əvvəl Azərbaycanın ağırlıqladıranlarının dopinq qalmaqalına görə cəzalanması cəmiyyətdə böyük ajiotaj yaratdı. Həmin vaxt daha 10 idmançımızın cəzaya məruz qalacağı ilə bağlı məlumat yayılmışdı. Məlumat təsdiqini tapıb.

"Axar.az" xəbər verir ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası daha 9 idmançımızı cəzaya məruz qoyub.

Bunlar Elxan Əliquluzadə, Yuliya Derkaç, Yuri Dudoqlo, Firudin Quliyev, Kristina Yovu, Aluda Manaqadze, Nailxan Nəbiyev, Nicat Rəhimov və Tatyana Varlamovadır. Onların hamısı 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Bununla da cəzalı ağırlıqqaldıranlarımızın sayı 18-ə çatıb.

Qeyd edək ki, daha öncə 9 ağırlıqqaldıranımız - Silviya Angelova, Sərdar Həsənov, Valentin Xristov, Kamran İsmayılov, Alyona Kiriyenko, Marziyə Məhərrəmova, Kseniya Vişnitskaya, İntiqam Zairova və Zülfiqar Süleymanov cəzalandırılıb. Süleymanov ikinci dəfə dopinq-testdən keçə bilmədiyi üçün ömürlük, qalanları isə 2 il müddətinə diskvalifikasiya edilib.

Tarix
2014.04.12 / 14:16
Müəllif
Axar.az
Digər xəbərlər

ŞƏT üçün vacib arteriyalardan biri məhz Bakıdır

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla