Yuxarı

Ukraynalı futbolçu “Qaziantepspor”da

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynalı futbolçu “Qaziantepspor”da

Ukraynalı futbolçu Milevskinin "Qaziantepspor" klubuna keçidi haqda söz-söhbətlər Türkiyə mediasında çoxdan dolaşırdı. Ehtimal olunurdu ki, futbolçunun türk klubuna transferi bu gün baş tutsun, amma nədənsə keçid ehtimal edilən gün baş tutmayıb.

Türkiyənin "Fanatik" saytının verdiyi məlumata görə, tərəflər arasında bəzi xırda detallar həll olunmamış qalır. Saytın verdiyi xəbərdə qeyd edilir ki, Ukraynalı ulduz tibbi baxışdan keçdikdən sonra "Qaziantepspor"la iki illik müqavilə imzalayacaq.

Qeyd edək ki, üç turdan sonra "Qaziantepspor" aktivindəki bir xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Luiş Fiqu direktor keçir

Ötənillərin məşhur futbolçusu Luiş Fiqu PSJ-nin idman direktoru vəzifəsinə təyinat ala bilər. Qeyd edək ki, Paris klubunda bu postu "Milan"ın keçmiş braziliyalı ulduzu və çalışdırıcısı Leanardo tuturdu. Bir neçə gün əvvəl Leanardo transfer pəncərəsinin bitməsindən sonra komandadan gedəcəyini bildirmişdi. Amma klubun prezdenti Əl-Həlifi transfer dönəminin bitməsini gözləmədən "sambaçı"nı buraxmağı lazım bilib.

Fransa mediasının yaydığı xəbərə görə, Fiqu ilə danışıqlar artıq yekunlaşıb və o yaxın günlərdə Fransaya köçəcək.

Tarix
2013.09.04 / 16:03
Müəllif
Axar.az
Digər xəbərlər

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

Azərbaycan XİN Tunisi təbrik etdi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla