Yuxarı

Milli komandamızın rəqibi heyətini açıqladı - Siyahı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milli komandamızın rəqibi heyətini açıqladı - Siyahı

Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası ilə birgə C qrupunda yer alan Şimali İrlandiya yığmasının heyəti açıqlanıb.

Report-un məlumatına görə, baş məşqçi Maykl O`nil martın 26-da Norveç millisinə qarşı evdə keçirəcəkləri görüş üçün 24 futbolçuya dəvət göndərib.

47 yaşlı mütəxəssis 3 qapıçı, 9 müdafiəçi, 8 yarımmüdafiəçi və 4 hücumçunu yığmaya cəlb edib.

Qapıçılar: Maykl MakQovern ("Norviç", İngiltərə), Alan Mannus ("Sent-Conston", Şotlandiya), Roy Kerrol ("Linfild")

Müdafiəçilər: Qaret MakOli, Conni Evans, Kris Brant (hamısı "Vest Bromviç", İngiltərə), Aron Hyuz ("Harts", Şotlandiya), Konor MakLaflin ("Flitvud", İngiltərə), Li Hodson ("Reyncers", Şotlandiya), Rayan MakQivern ("Şrusberi", İngiltərə), Tom Flanaqan ("Barton", İngiltərə), Kreyq Katkart ("Uotford", İngiltərə)

Yarımmüdafiəçilər: Stiven Devis ("Sauthempton", İngiltərə), Nayall MakQinn ("Aberdin", Şotlandiya), Oliver Norvud ("Brayton", İngiltərə), Ceymi Uard ("Birmingem", İngiltərə), Korri Evans ("Blekbörn", İngiltərə), Styuart Dallas ("Lids", İngiltərə), Mattyu Land ("Roçdeyl", İngiltərə), Pol Peton ("Sent-Conston ", Şotlandiya)

Hücumçular: Kayl Lafferti ("Birmingem", İngiltərə), Konor Vaşinqton ("Kuinz Park Reyncers", İngiltərə), Coş Macennis ("Çarlton", İngiltərə), Liam Boys ("Ross Kaunti", Şotlandiya).

Qeyd edək ki, Azərbaycan milli komandası səfərdə Şimali İrlandiya yığmasına 0:4 hesabı ilə uduzub. Bu kollektivlə növbəti görüş iyunun 10-da Bakıda keçiriləcək.

Tarix
2017.03.11 / 17:29
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan sülhlə bağlı səmimi görünmür

Ərdoğan Naxçıvan sazişindən danışdı: Dönüş nöqtəsi...

AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi

Vətən müharibəsi zamanı Türkiyəni bunda ittiham edirdilər

Vaxt bitdi: Gültəkin Hacıbəyli deport edilmir?

Prezident FHN əməkdaşlarını təltif etdi

Azərbaycanla sərhəddə döyüş hazırlığı - Papikyan elan etdi

Putinlə Ərdoğanın danışığı hamını şoka saldı

Bakının bu tələbini yerinə yetirəcəyik - Poqosyan

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla