Yuxarı

AZAL ləğv olundu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL ləğv olundu

Azərbaycan Premyer Liqasının 2016/2017-ci il mövsümündə sonuncu yeri tutaraq elitanı tərk edən AZAL Peşəkar Futbol Klubu fəaliyyətini dayandırıb.

Axar.az xəbər verir ki, klub rəhbərliyi bununla bağlı rəsmi saytı vasitəsilə bəyanat yayıb.

Bəyanatda bildirilib ki, klub üçün Şüvəlan qəsəbəsində müasir təlim-məşq bazası və stadion tikilib, komandaya peşəkar məşqçi və texniki heyət cəlb olunub:

"Buna baxmayaraq, son zamanlar ölkəmizdə futbolun sürətli inkişafı, komandalar arasında rəqabətin güclənməsi, AZAL Peşəkar Futbol Klubunda səmərəli idarəetmənin həyata keçirilməsi, o cümlədən kluba əlavə maliyyə mənbəyinin cəlb edilməsi zərurətini ortaya çıxarıb. Bu tələbləri nəzərə alaraq, klub rəhbərliyi tərəfindən sponsor və tərəfdaşlarla məsləhətləşmələr aparılıb və belə bir qərara gəlinib ki, AZAL QSÇ Bakı ətrafı qəsəblər üzrə daha güclü, peşəkar və rəqabət qabiliyyətli klub ilə təmsil olunmaq məqsədlə qısa vaxt ərzində böyük nailiyyətlərə imza atan “Zirə” Futbol Klubuna dəstək olmaq daha məqsədəuygundur.

AZAL Peşəkar Futbol Klubu fəaliyyətini dayandıraraq mövcud maddi-texniki təminatı və infrastrukturu ilə “Zirə” Futbol Klubuna dəstək olacaq".

Qeyd edək ki, AZAL klubu 2005-ci ildən fəaliyyət göstərirdi.

Tarix
2017.05.03 / 15:44
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən təxliyə olunan vətəndaşlarımızla bağlı məlumat

Polad Həşimovun avtomobili - Video

Bu ölkələrin diplomatları İranda Azərbaycana təxliyə olundu

Aslan Əliyevin 4 milyonluq əmlakı müsadirə olundu

Gəmilərin uzaq məsafədən izlənmə sistemi təkmilləşdi

İsveçrədən Azərbaycana: Belə kritik bir vaxtda...

Ramil Mənsimov Azərbaycana ekstradisiya edildi

Bakıda BMT iclasında məruzələr dinlənildi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Türkiyəyə raket atıldı, Fidan Arakçıya zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla