Yuxarı

İngiltərə futbolunda narkotik qalmaqalı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İngiltərə futbolunda narkotik qalmaqalı

İngiltərə futbolunda növbəti qalmaqal yaşanır.

"Axar.az" xəbər verir ki, ölkənin köklü klublarından olan "Lids"in və "Çelsi"nin başı bəladadı. Bir müddət əvvəl "Çempionşip" klubunu satın alan Massimo Kellino "Elland Road" stadionunda gizli kameralar aşkarlayıb. Bu barədə dərhal polisə məlumat verilib.

Polis klubun sabiq direktoru David Hayqin ifadəsini alıb. Bu zaman isə şok faktlar üzə çıxıb. David Şayq kamera sistemini özünün qurdurduğunu etiraf edib. Səbəbini isə belə izah edib: "Tualetlər, İdarə Heyətinin otağı və digər yerlərə kamera sistemini mən qurdurdum. Çünki həmin yerlərdə kokain kimi birinci dərəcəli narkotiv vasitələrdən istifadə olunması barədə məlumat almışdım. Narkotiklə idman bir arada ola bilməz. Bu meydanda da belədi, klub rəsmilərinin kabinetində də".

"Çelsi"də də böyük bir şok yaşanır. London təmsilçisinin əfsanəvi futbolçularından olan və klubda işləyən Kerri Dikson narkotik alverində təqsirli bilinərək saxlanılıb. Bundan sonra Premyer Liqa nəhəngi ötənlərin məşhur futbolçusu ilə əlaqəni kəsib. Diksonun "Çelsi"nin üzvlərinə də narkotik təşkil etdiyi bildirilir.

"Çelsi" tarixinə vurduğu 193 qolla adını qızıl hərflərlə yazdıran və klub tarixinin ən çox qol vuran 3-cü futbolçusu olan 52 yaşlı Dikson komandanın keçirdiyi bütün tədbirlərdə ön sırada yer alıb.

Tarix
2014.05.12 / 10:21
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla