Yuxarı

Boksçularımız 14 medalla birinci oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Boksçularımız 14 medalla birinci oldu

Bakı Olimpiya Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq boks turnirinə yekun vurulub.

Məlumata görə, 13 çəki dərəcəsi üzrə keçirilən yarışda 12 ölkənin 150 idmançısı mübarizə aparıb. Turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Fransa, Finlandiya, Rusiya, Qazaxıstan, Macarıstan, Gürcüstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, İrlandiya və Latviya idmançıları güclərini sınayıblar.

Komandamız yarışda 5 qızıl, 1 gümüş və 8 bürünc medala sahib olub. Boksçularımızdan Malik Həsənov (48 kq), Ramazan Abdullayev (50 kq), Elton Məmmədov (52 kq), Pərviz Quliyev (63 kq), Şamil Səfərəliyev (80+kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız Ozcan Kərimov finalda Rusiya boksçusuna məğlub olaraq, gümüş medala layiq görülüb. Rauf Mansurzadə (48 kq), Şamil Məmmədov (52 kq), Mahir Mahmudov (57 kq), Ayxan Tağızadə (60 kq), Cavid Məmmədov (66 kq), Rasim Çobanlı (70 kq), Hacı Dilbazov (70 kq), və Məhəmməd Abdullayev (80+kq) bürünc medalla kifayətləniblər.

Ümumkomanda hesabında Azərbaycan 1-ci, Qazaxıstan 2-ci, Rusiya isə 3-cü yeri tutub. Qeyd edək ki, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarış senryabrda Rusiyanın Anapa şəhərində keçiriləcək Avropa birinciliyinə hazırlıq xarakteri daşıyıb. /Trend/

Tarix
2014.05.14 / 22:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

Vadefulun Bakı və İrəvan səfəri - Tiflisdən imtina etdi

TRİPP başladı - İrandan sensasion reaksiya

Fərid Baxşıyev yüksək vəzifəyə seçildi

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

Maka Boçorişvili sabah Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla