Yuxarı

Əliyev-Məmmədovlar mübahisəsinin ikinci raundu başlayır

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev-Məmmədovlar mübahisəsinin ikinci raundu başlayır

Nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşının oğlu ailənin zədələnmiş reputasiyasını bərpa etməyə çalışdığı məqamda növbəti qalmaqal yaşana bilər.

Axar.az xəbər verir ki, söhbət deputat Elton Məmmədovun oğlu Elnurun özü və qardaşı Aynar barəsində gedən kampaniyadan sonra Məmmədovların imicini düzəltmək cəhdlərindən gedir. Belə ki, bu gün Elnur Məmmədovun "Lent.az"da reklam şərtilə müsahibəsi yayımlanıb.

"Best of the Best" promoşn qrupunun prezidenti, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olduğu bildirilən Elnur Məmmədov müsahibəsində Azərbaycanda keçiriləcək növbəti layihə haqda danışıb. Onun sözlərinə görə, payız aylarına təsadüf edəcək növbəti layihə başlanqıcındanca möhtəşəm olacaq.

Maraqlıdır ki, Elnur və Aynar Məmmədovların yeni yaratdığı Kiq-boksinq Federasiyasının leqal olması barədə mübahisələr var. Azərbaycanda rəsmən qeydiyyatda olan yeganə K-1 Federasiyası var ki, onun da prezidenti deputat Adil Əliyevdir.

Hətta A.Əliyev Məmmədovların yaratdığı həmin federasiyanın bir müddət əvvəl Bakıda təşkil etdiyi turniri tənqid edərək, onların bu qurumunu qeyri-leqal adlandırmışdı. Ondan sonra isə Məmmədovlara aid federasiyanın idmançısı Tural Bayramovun adının "Yeni Müsavat"ın əməkdaşı Fərahim İlqaroğlunun döyülməsinin sifarişçisi kimi hallanması Məmmədovlar və onların rəhbərlik etdiyi K-1 federasiyasının nüfuzuna növbəti zərbə oldu.

Hazırda təşkil edilən turnirlə bağlı da rəsmi Federasiyanın rəhbəri Adil Əliyevin kəskin reaksiya verəcəyinə heç bir şübhə yoxdur. Ancaq Əliyevin məsələyə münasibətini öyrənmək istəsək də, gün ərzində millət vəkilinin telefonları cavab vermədi.

Tarix
2014.06.04 / 16:06
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla