Yuxarı

“Baku Challange GT3”ün alman meneceri “Axar.az”a danışdı – Özəl

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Baku Challange GT3”ün alman meneceri “Axar.az”a danışdı – Özəl

Noyabrın 22-24 tarixində ölkəmizdə "Baku Challenge GT3" turniri keçiriləcək. Bu mötəbər yarışda 15 tarixi Formula-1 və 30 şəhər avtomobili iştirak edəcək.

Yarışda 15 ölkə təmsil olunacaq. Avtomobil turnirinin baş tutacağı yolun uzunluğu 4 km.-dir. Yarış keçiriləcək yolun kənarları təhlükəsizlik məqsədi ilə beton lövhələr üzərindəki dəmir konstruksiyalarla hasarlanıb.

Formula-1 yarışlarında kifayət qədər təcrübəli ölkələrdən sayılan Almaniya yığmasının siti (şəhər) maşınlar üzrə 8 yarışçıya sahib komanda meneceri J.Bernard bizimlə öz fikirlərini bölüşdü:

- Azərbaycana gəlişimiz ilk dəfədir. Ölkəniz çox xoşumuza gəldi. Lakin onu da qeyd etmək istəyirəm ki, nəzərdə tutulan yolda yarışmaq o qədər də asan olmayacaq. Şəhər ərazisində yarış avtomobili sürmək pilotlar üçün çətinlik yarada bilər. Yarışda iştirak edən avtomobillərdən favorit hesab olunanı "McLaren"dir. Lakin hansı pilotun fovorit olması hələ dəqiq bilinmir. Bunu yarış göstərəcək. Bu yarışdan sonra Almaniyada ən məşhur turnirlərdən biri olan "Racetrack Nürburgring" turnirində iştirak edəcəyik.

Bu gündən etibarən başlanan yüngül məşq prosesi və texniki işlərin necə görülməsi ilə bağlı əməkdaşımızın lentə aldığı fotoları sizlərə təqdim edirik.

P.S. Sabahkı yarışa hazırlıqla bağlı əməkdaşlarımızın "Baku Challange GT3"ün bazasından hazırladığı eksklüziv fotoreportajla burada tanış ola bilərsiniz.

Tarix
2013.11.22 / 17:02
Müəllif
Nərminə Allahverdiyeva, Natiq Azəri
Digər xəbərlər

Mehriban xanıma dedim, gəlin, şəkil çəkdirək və şeyxə göndərin

Evindən çamadanlarla dolu milyonlar çıxdı, ört-basdır etdilər

Bu halda heç kim bizə bata bilməz! - Prezident

Onların hər biri böyük bir dünyadır - Prezident

Çalışacağıq ki, bütün lazımsız söz-söhbətlər yığışdırılsın!

Müsəlman aləmində baş verən bəzi hadisələr... - Prezident

Prezident onları qəbul etdi - Foto

Zəngəzur dəhlizinin Ermənistana düşən 42 km-lik hissəsi...

Ərdoğan Azərbaycanı təbrik etdi - Foto

Hakan Fidanın bugünkü səfərinin rəmzi mənası var...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla