Yuxarı

İranlı məşqçi futbolçumuza şillə vurdu - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranlı məşqçi futbolçumuza şillə vurdu - Foto

Türkiyənin Kartəpə vilayətində hazırlıq zamanı "Sumqayıt" bir neçə yoxlama matçında qüvvəsini sınadı.

ANS PRESS-in məlumatına görə, "Sumqayıt"ın İranın "Persepolis"lə yoldaşlıq oyununda maraqlı hadisə baş verib.

"Sumqayıt"ın hesabda 1:0 irəlidə olmasını həzm edə bilməyən "Persepolis"in baş məşqçisi Əli Daei meydana çıxıb. Buna iranlı futbolçuyla "Sumqayıt"ın yeni transferi Ceyhun Cavadovun mübahisəsi səbəb olub.

Rəqib komandanın fubolçusunun Cavadova qarşı arxadan sərt oynaması ortalığı qarışdırıb. İki futbolçunun mübahisəsinə müdaxilə edən Əli Daei Cavadova şillə vurub. Həmin vaxt "Sumqayıt"ın məşqçilər korpusu məsələyə qarışıb və rəqib baş məşqçiyə öz iradlarını bildiriblər. Oyun başa çatandan sonra Əli Daei Ceyhun Cavadova yaxınlaşıb ondan üzr istəyib.

Qeyd edək ki, qarşılaşma "Persepolis"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Tarix
2014.08.09 / 20:26
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

Bayramov Ankarada Zəngəzur dəhlizindən danışdı - Foto

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

Bakı Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan...

Azərbaycansız keçinə bilmərik - Razuvayev

Azərbaycan-Gürcüstan sənədləri imzalandı

Naxçıvana maneəsiz yol olmasa, Tramp marşrutu... - Vasadze

Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq

Unutmayın, Əliyev sizin üçün bu tarixi addımı atmışdı - İşbaşaran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla