Yuxarı

“Qarabağ”ın futbolçusu bəxtsizlikdən gileyləndi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ”ın futbolçusu bəxtsizlikdən gileyləndi

"Rəqib bizə tanışdır. Bilirik ki, səviyyəli komandadır. 2009-cu ildə "Tvente" ilə qarşılaşanda çox güclü idilər. İndi isə rəqib haqda məlumatımız yoxdur. Baş məşqçiləri və bir çox futbolçuları dəyişib. Onu bilirik ki, heyətlərində gənc futbolçular çoxdur. Baş məşqçiləri də cavandır".

Bu sözləri "Qarabağ" klubunun hücumçusu Vüqar Nadirov Avropa Liqasının "pley-off" mərhələsində rəqibləri olan "Tvente" klubu haqda danışarkən deyib.

Milli komandamızın üzvü "Tvente"ni potensial rəqiblərinin ən güclülərindən hesab etdiyini bildirib: "Əlbəttə ki, "Tvente" ən çətin rəqiblərdən biridir. Ancaq qismətimizdə bu var imiş. Buna bəxtsizlik də demək olar. Nə edə bilərik? Bizə o qalır ki, ciddi hazırlaşaq və rəqibimizə qalib gələk".

Xatırladaq ki, "Tvente" "Qarabağ" üçün tanış rəqibdir. "Qarabağ" Avropa Liqasının 2009/2010 mövsümündə bu komanda ilə məhz "pley-off"da oynayıb. Səfərdə rəqibinə 1:3 hesabı ilə uduzan Ağdam təmsilçisi Bakıda rəqibi ilə 0:0 bərabərə qalıb. Komandamızın səfərdə vurulan yeganə qolunun müəllifi isə V.Nadirov olub. Həmin oyunu xatırlayan təcrübəli hücumçu yenidən "Tvente"yə qol vurmaq istəyində olduğunu qeyd edib:

"Bəli, 2009-ci ildə səfər oyununda "Tvente"yə qol vurmuşdum. Əlimdən gələni edəcəm ki, bunu bir daha edim. Bilirəm ki, hamı məndən qol gözləyəcək. Mən də qol vurub, komandamı növbəti mərhələyə yüksəltmək üçün çox çalışıram. Qol vurmayanda özüm də pis oluram".

V.Nadirov qrup mərhələsinə düşmək şanslarının az olmadığını vurğulayıb: "Düzdür, heyətimizdə müəyyən itkilər var. Ancaq 2009-ci illə müqayisədə komandamızın oyununda xeyli inkişaf var. Mümkünsüz heç nə yoxdur. "Tvente" səddini keçə bilərik. Hər halda bu, bizim üçün bir revanş oyunudur. 2009-ci ildəki məğlubiyyətin əvəzini çıxmaq lazımdır".

Qol.az

Tarix
2014.08.10 / 14:45
Müəllif
Axar.az
Digər xəbərlər

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

Sənədlərin imzalanması və mübadiləsi mərasimi oldu - Video

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

İlham Əliyev Tokayevi təbrik etdi

Mehriban Əliyeva Ziroatxon Mirziyayeva ilə görüşdü

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Leyla Əliyeva Daşkənddən paylaşım etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla