Yuxarı

Saatlar qaldı: adına layiq ol, “Qarabağ”!

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saatlar qaldı: adına layiq ol, “Qarabağ”!

Bu gün Azərbaycanda bir futbol bayramı, futbol şöləni var. "Neftçi"dən sonra ilk dəfə "Qarabağ" Avroliqanın qrup mərhələsində tarixi görüşünə çıxır. Hər kəsin nəzərləri Ağdam təmsilçisinin Fransa "Sent Etyen"i üzərində qələbəyə köklənib. Artıq bu tarixi matça saatlar qalır. Bakı vaxtilə 21:00-da qarşılaşmanın ilk düdüyü səslənəcək.

Axar.az bu qarşılaşmaya qədər "Qarabağ" düşərgəsindən ən son xəbərləri çatdırıb. Artıq son xəbər komandamızın qələbəsini böyük həvəslə oxuculara çatdırmaq arzusudur. Hamı kimi biz də işğal olunmuş gözəl diyarımızın adını daşıyan "Qarabağ"ın zəfərini gözləyirik.

***

"Bu gün Azərbaycanda futbol bayramıdır. Çünki "Qarabağ" Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq. Komandamızdan ən azı heç-heçə gözləyirik. Qələbə qazansaq, əla olar".

Bu sözləri Qol.az-a açıqlamasında milli komandamızın məşqçisi Mahmud Qurbanov deyib.

Veteran futbolçu "Sent Etyen"in çox ciddi rəqib olmasını vurğulamaqla yanaşı komandamızın yaxşı nəticə qazanacağına inandığını bildirib:

"Nəzərə almalıyıq ki, "Sent Etyen" Avropanın ən güclü beş futbol ölkəsindən biri olan Fransanın klubudur.
Bu ölkələrin komandaları yerli çempionatda hansı pillədə olmasından asılı olmayaraq, yaxşı formada olurlar. "Qarabağ" da öz gücünü Avroliqa oyunlarında göstərib. Düşünürəm ki, doğma meydan və azarkeş amili komandamıza kömək olacaq".

Qeyd edək ki, Etopaz.az da proqnozlara görə "Qarabağ" – "Sent Etyen" oyununun əmsallarında dəyişiklik edib. Ağdam klubunun qələbəsinin əmsalı daha da artaraq 3.4-ə çatıb. Bu əmsal dünən 3.2 idi.

Tarix
2014.09.18 / 19:57
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla