Yuxarı

Sehiç: “Bakıya qızlara baxmağa gəlməmişəm” – Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sehiç: “Bakıya qızlara baxmağa gəlməmişəm” – Foto

"Qarabağ"ın bosniyalı qapıçısı İbrahim Şehiç ölkəsinin mətbuatına müsahibə verib.

Axar.az xəbər verir ki, Şehiç "Qarabağ"la yanaşı, Polşadan da təklif aldığını açıqlayıb:

"İlk baxışdan təklif olunan şərtlərin təmin olunacağına inanmadım. Çünki Azərbaycan mənə tanış olmayan bir ölkə idi. Nəhayət, razılaşdım və Bakıya gəlməyə qərar verdim. Seçimimdə də səhv etməmişəm.

Biz baxımlı futbol oynayırıq. Çempionatda ən çox qol vuran və ən az qol buraxan ilk klub olduq. Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla, klub tarixində ilkə imza atdıq. "Zalsburq"la yadda qalan matçlarımız oldu. "Tvente" qarşısında bizə heç kim şans tanımasa da, biz inandıq və mərhələ adladıq".

Qapıçı qeyd edib ki, qrupda nələr olacağı hələlik bəlli deyil:

"Çünki biz İtaliyada və avrokuboklarda çempionluq yaşamış "İnter" kimi nəhəng kluba qarşı oynayacağıq. İlk matçda "Sent-Etyen"lə bərabərə (0:0) qaldıq. Amma qələbə də qazana bilərdik. Buna baxmayaraq, məyus olmadıq. İndi həzz almaq üçün Milana getmək vaxtıdır. Yaxşı komanda olduğumuzu göstərməliyik".

Bosniyalı futbolçu Azərbaycandakı yaşayışdan da danışıb:

"Bakı böyük şəhərdir. Xarici investorlar şəhərə investisiya qoyur və neft, qaz resurslarından istifadə edilir. Amma ölkənin digər şəhərləri inkişaf cəhətdən Bakıdan geridə qalır.

Artıq buradakı həyata öyrəşmişəm. Amma hər gün də Sarayevoya gəlib, dostlarımı və ailəmi görmək istəyirəm. Burdakı mətbəxin özünə məxsusluğu var və Türkiyədəkinə oxşayır.

Onu da qeyd edim ki, Bakı beynəlxalq şəhərdir. Orada Fransa və İtaliya yeməkləri də tapmaq olur. Balkan yeməkləri hazırlayan bir yer də tanıyıram. Amma küftələr Sarayevodakı kimi yaxşı deyil".

Şehiç ona Azərbaycan qızları haqda verilən suala belə cavab verib:

"Azərbaycana futbol oynamağa gəlmişəm, qızlara baxmağa yox. Onu da əlavə edim ki, mənim sevgilim var və başqalarına baxmaq istəmirəm".

Qeyd edək ki, 2013-cü ildə media Şehiçin sevgilisinin türkiyəli məşhur model Ebru Şancı olduğunu yazıb. Sançı vaxtilə "Qalatasaray"ın qapıçısı Muslera ilə sevgili olmuşdu.

Hazırda Şehiçin Ebru Şançıdan ayrıldığı da iddia edilir. Ona görə də "Qarabağ"ın qapıçısının "mənim sevgilim var" deyərkən, kimi nəzərdə tutduğu konkret bilinmir.

Tarix
2014.09.24 / 12:35
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla