Yuxarı

Türk hakimlərlə Balotellisiz İtaliyaya qarşı – Fotolar

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk hakimlərlə Balotellisiz İtaliyaya qarşı – Fotolar

Oktyabrın 10-da keçiriləcək İtaliya - Azərbaycan matçının hakimləri müəyyənləşib. Palermo şəhərində baş tutacaq oyunu türkiyəli hakimlər briqadası idarə edəcək. Bu hakimlər "Partizan" – "Neftçi" görüşünü də idarə ediblər.

Axar.az xəbər verir ki, Matçın baş hakimi Hüseyin Göçek olacaq. Ona Mustafa Eyisoy və Orkun Aktaş köməklik edəcəklər. Serkan Ok isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

***

İtaliya və Xorvatiya kimi komandalarla görüş ərəfəsində yığmamız yenə itki verib. Millimizin üzvü Ruslan Əmircanov zədələndiyi üçün onun adı millinin heyətindən çıxarılıb. Bundan əvvəl Ruslan Abışovun adı eyni səbəbdən heyətdən çıxarılıb.

Qeyd edək ki, oktyabrın 10-da keçiriləcək İtaliya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun isə mətbuat konfransı oktyabrın 9-da Bakı vaxtı ilə saat 15:30 başlayacaq. Tədbir "NH Palermo Hotel"də baş tutacaq.

***

İtaliya milli komandasının baş məşqçisi Antonio Konte isə Mario Balotellini yığmamızla oyuna çağırmamasının səbəbini açıqlayıb. Təcrübəli mütəxəssis bunu "Liverpul"un hücumçusunun hazırda istənilən formada olmaması ilə əlaqələndirib: "Balotelli İngiltərədə yeni macəraya başladı.

"Liverpul"a uyğunlaşması üçün zamana ehtiyacı olduğunu düşünürəm. Onu yaxından izləyirik. Ayrı-seçkilik etmədim. Sadəcə seçimim belə oldu. Qraziano Pelleyə gəldikdə isə o, son iki mövsümdə 50 qol vurmaqla millidə oynamağa haqq qazandı. Onun Hollandiya çempionatından sonra İngiltərə Premyer Liqasında da ulduzu parlayır".

Tarix
2014.10.07 / 18:45
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Trampın Əliyevə xüsusi simpatiyası var - Brayza

Avropadan Zəngəzur dəhlizinə dəstək: Müddət 25% azalacaq!

Tiflisin İrəvandan idxalı Bakıya nisbətən 10 dəfə çox oldu

Pakistan bu ölkəyə zərbələr endirdi: onlarla ölü var

İlham Əliyev Səudiyyə kralını təbrik etdi

Prezidentin mühafizəçiləri ilə bağlı videonun təhlili...

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Milli Məclis bu MMC ilə 2 milyonluq müqavilə bağlayıb?

Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları...

Urmiya gölündə suyun səviyyəsi 68 santimetr yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla